ArxivXəbər lentiXəbərlər

İslam düşmənlərinin qorxulu kabusuna çevrilən qəhrəman general – Hamı onun şəxsiyyətinə qibtə edir

“Qasim Süleymani fiquru hələ öz bioqrafını gözləyir, o bioqraf ki, generalın rəhbərliyi altında və şəxsi iştirakı ilə öz tədqiqatlarını təqdim edəcək. Hər halda bu barədə çox ağır bir material artıq yığılıb. Onlardan biri generalın Moskvanı Suriyadakı ekspedisiyasına başlamağa “razı salması” barədədir ki, bu barədə danışsaq bir kitabça alınar. Bu isə onun yeganə başgicəlləndirici kombinasiyası deyil”

İslaminSesi.info – Bu il oktyabrın 15-də gecədən xeyli keçmiş İraqın Suleymaniyyə dairəsində heçbir diqqətə layiqliyi ilə seçilməyən evi diqqətlə bir-birinin izləyən silahlı adamlarla dolu yolsuzluq avtomobili mühasirəyə aldı.

 

Amma həyətdə isə talvarın altında, dörd nəfər – Həşd-Şabi könüllülərinin iki rəhbəri və Kürdüstan Vətənpərvər İttifaqına (KVİ) tabe olan Peşmərgənin iki komandiri – beşinciyə diqqətlə qulaq asırdılar.

Qeyd-şərtsiz icra olunacağından şübhə etməyən əmrlər verməyə alışmış, amiranə baxışlı arıq kişini.

 

İraq Kürdüstanının prezidenti Məsud Bərzani, İsrail kəşfiyyatı, amerikanın İraqdakı diplomatları və ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri çoxlu pul verərdilər ki, bu söhbətin məzmunu barədə öyrənsinlər.

 

“Burada, bax burada və bax burada sabah İraq qoşunları və Həşdu-Şaabi gedəcək”, – kişi xəritədə karandaşla öz həm söhbətlərinə izah edərək başa salırdı. “Mən ümid edirəm ki, o vaxtadək kalonların hərəkət marşrutlarında və dayaq məntəqələrində artıq peşmərgə döyüşçüləri qalmayacaq. Biz yaşayış məntəqələrində görüşəcəyik, harada ki, sizin döyüşçülər”, burada o, KİV-nin nümayəndələrinə nəzər yetirdi,”qarşıdan gələn qüvvələr ilə birgə qayda qanuna nəzarət edəcək və asayişin pozulmasına, nə kürdlərlə hökümət qüvvələri arasında atışmaya, nə yığma qoşun döyüşçülərinin dinc əhaliyə qarşı zorakı hərəkətlərinə yol verməyəcək. Kərkükdən Ərbilə və ya Süleymaniyyəyə getmək istəyənlərə isə heç bir maneə törətmək lazım deyil, qoy onlar özləri öz seçimlərini etsinlər”.

 

Bir müddət sonra həyətdə heç kim qalmadı. Bir neçə saatdan sonra isə dünya İraq qoşunlarının Həşdu-Şabi könüllüləri ilə birgə Kərkük əyalətinə oraya bir gün öncə yeridilmiş kürd peşmərgələrinin qarşıdurması ilə qarşılaşmayaraq daxil olduğunu və iznibati mərkəzinə sürətlə irəlilədiyini öyrəndi. Əməliyyat başladıqdan 16 saat sonra vilayətin ərazisində demək olar ki, bütün yaşayış məntəqələri və mühüm neft yataqları da daxil olmaqla strateji obyektlər hökumət qoşunlarının nəzarəti altına keçdi. İraq Kürdüstanının paytaxtı olan Ərbilə və Süleymaniyyə şəhərinə aparan yollar boyu isə dinc əhali və peşmərgə döyüşçülərinin kalonları getməli oldu. Onlarla yanaşı özlərini hələ dünən bu mübahisəli ərazinin sahibləri bilən nazirlərlə dolu avtomobillər gedirdi.

Bu, «üçlü koalisiyanın» (Bağdad, Ankara və Tehranın) parlaq və demək olar ki, qansız hərbi-siyasi zəfəri idi. Hansı ki, həlledici töhfəsi briqada generalı Qasim Süleymaniyə məxsus idi, yuxarıda barəsində təsvir edilən kişiyə. Və o kəsə ki, bir-iki həftə ərzində nəinki Bağdada Kərkük üzərində sadəcə nəzarəti bərpa etmək əməliyyatını təşkil edə bildi, həm də ondan Kürdüstan Vətənpərvərlər ittifaqının liderləri ilə bu əməliyyatın hər iki tərəfdən qurbansız başa gəlməsində razılığa gələ bildi.

Həşdu-Şabi könüllüləri İraq Kürdüstanının bayrağını çıxarırlar

 

 

İslam İnqilabının oğlu

 

Onun universitet təhsili almaq üzrə olan gənclik arzusu yerinə yetmədi. Kerman vilayətində kiçik pay torpağına sahib kasıb kəndli ailəsində doğulan şəxsin şah İranında sosial pilləkənlə qalxmaq şansı demək olar ki, yox idi. Doqquz yüz tümənlik (həmin vaxt təxminən yüz dollar) müflisləşdirici kredit onun atasının təsərrüfatı üçün ağır yük idi. «Biz atalarımıza görə narahatlıq keçirərək axşam yata bilmirdik», − deyə sonra general Süleymani öz xatirələrində yazacaq. O artıq on üç yaşında idi və kişilərin üzərinə düşən haqq kimi başa düşdü ki, ailəyə kömək üzrə onun vaxtı çatıb.

 

Gənc Qasim və onun dostu, yaşıdı və qohumu Əhməd əyalətin paytaxtına işləməyə getdilər. “Bizim cəmi on üç yaşımız var idi, biz arıq və zəif idik. Və hara getməyimizdən asılı olamyaraq bizi sadəcə olaraq tam işçi kimi qəbul etmirdilər”, − general xatırlayır. – “Günlərin bir günü şəhərin kənarında Həcc küçəsində məktəbin tikintisi meydançasında ixtisassız fəhlələr kimi düzələnədək. Hərəmizə gündə iki tümən verirdilər”.

 

Onlar lazımı məbləği hər istəklərindən imtina edərək hər halda qazana bilirdilər. Evə getmək üçün isə onlar yerli tanınmış adama, “Pəhləvan” ləqəbli sürücüyə müraciət ediblər, hansı ki, Süleymani xatırlayır ki, “dişləri ilə inəyi və ya ulağı qaldıra bilərdi”. Həmin şəxs uşaqların doğma kəndlərinə gətirilməsi üzrə xahişini rədd etmədi, amma yolda dediyi sözlər İslam İnqilabı Keşikçiləri Korpusunun gələcəyi generalının qəlbinə həmişəlik od kimi düşdü.

Pəhləvan şah və onun idarə heyətini söyərək səsləndi: «Uşaqlıq oynamaq üçün lazımdır, yad şəhərdə ixtisassız fəhlə kimi işləmək üçün yox. Tüpürüm bu həyata ki, onlar bizim üçün hazırlayıblar!»

 

Borc ödənilmişdi, amma Qasim şəhərdə qalaraq evə bir daha qayıtmadı. Yerli su təmizləyici departamentində əvvəlcə “əldə-ayaqda olan oğlan” kimi, sonra mühəndis köməkçisi kimi işləməyə başladı. Kitab və idman zalında məşğələlərə getdi, “idman zalı” deyəndə çox bərkdən səslənir, bu zal yaşıdları tərəfindən düzəldilən trenajorlardan, üç divar və talvardan ibarət idi. Maaşının dörddə üç hissəsini hər ay anasına göndərir və ədalətli yaşam quruluşu üçün nəyin lazımlığı barədə uzun söz-söhbətlər edirdi.

 

1979-cu ildəki İslam İnqilabı onun inqilabı idi. İnqilabın prinsipləri və idealları isə Qasimin həyatının ömrünün sonunadək qorumağa hazır olduğu ideal və prinsipləri oldu. Amma onun gənc Respublikadakı ilk tapşırığı yalnız sülh xarakteri daşıyırdı. Qasimə Kermana fasiləsiz su təchizatını təmin etmək, inqilab burulğanlarının, sabotaj və səriştəsizliyin, Şərqdə müqəddəs sayılan şeyə – təmiz içməli suya toxunmaması tapşırılmışdı. O öhdəsindən gəldi.

 

İranda İslam İnqilabı

Və artıq universitetə daxil olmaq arzusuna hazırlanmışdı, amma … 1980-ci ildə İslam İnqilabının 23 yaşlı keşikçisi kürd separatçı hərəkatının yatırılması üçün göndərildi. Bir neçə aydan sonra isə – “müqəddəs müdafiə” cəbhəsinə iki həftə idi ki, ezam olunmuşdu – İraq-İran müharibəsinə göndərildi. Tapşırığı İran ordusunun qabaqcıl hissəsinin su təchizatını qurmaq idi.

 

O vaxt gənc İslam Respublikasında kadr qıtlığı dəhşətli idi, rəhbərlik onu vuruşmağa yalnız o zaman buraxdı ki, iki həftəlik ezamiyyətdən sonra Qasim su departamentinə baş mühəndis vəzifəsinə qayıdacaq.

 

Taleyi başqa cür gətirdi. Tapşırıq yerinə yetirildikdən sonra o, hazırki orduda könüllü kimi qaldı və artıq bir neçə aydan sonra tabeliyinə kəşfiyyat-diversiya qrupu verildi ki, Qasim onlarla cəbhə xəttinin o biri tərəfinə keçirdi.

 

Məğrur, cəsur, amma eyni zamanda təmkinli və ehtiyatlı. O, iran ordusunda və düşmənin qərargahlarında tez bir zamanda tanınır. Ondan onun özəl zarafatı var idi ki, əsgər üçün ərzağının payına yaxşı”qaynanmış” şeydən böyük sevinc yoxdur. O öz döyüşçüləri üçün hər reyddən əsir və qiymətli məlumatlar gətirərdi.Tezliklə Səddam Hüseynin zabitləri və ordusu Süleymaninin komandanlığı altındakı kəşfiyyat qruplarının fəaliyyətindən böyük ziyanlar görməyə başladılar.


İran-İraq müharibəsi

 

Müharibənin əvvəlində iran ordusunun zabitlər heyətindəki itkiləri çox böyük idi. Və bu zaman dinc peşə sahiblərindən – su təchizatı təşkilatı – birinin gənc mütəxəssisi başgicəlləndirici hərbi karyera çıxarır: Cəbhəyə gələndən üç il sonra o artıq İslam İnqilabı Keşikçiləri Korpusunun 41-ci briqadasına komanda verir.

 

Müharibə heç kimi yaxşı və yaxud pis etmir. O, sadəcə müharibəyə o xarakter keyfiyyəti ilə gələn şəxsdə həmin keyfiyyəti bərkidir. Lakin Qasim Süleymaninin barəsində elə oldu ki, döyüş alovlarında əsl qılınc möhkəmləndi. O mühəndis olmayaraq düşmənin nə gülləsindən, nə də yuxarıda dayanan qrargahların qəzəbindən qorxan döyüş komandiri oldu.

 

1985-ci ildə İİKK-nın Şəttul-Ərəb çayı bölgəsinə kütləvi itkilərə gətirib çıxaran hücuma keçəndə isə Süleymani düz qərargahın iclasında komandanlığın və qərargahçıların səriştəsizliyi haqqında öz fikrini bildirdi. Müqəddəs Müharibə bitdikdən sonra Qasim Süleymani Kerman əyalətinə təyin olundu. Bu gün Kirman əyaləti qədimlilik axtaranlar üçün “cənnət” və çiçəklənən iqtisadi zonadır. İran-İraq müharibəsindən sonra bura ökənin ən qaynar – qaçaqmalçılıq, korrupsiya, narkotrafik, separatçı dəstələrin axışdığı – nöqtələrindən yerlərindən biri idi.

 

Qasim Süleymani korrupsiya ilə də, narkotrafik ilə də var qüvvəsi ilə döyüşürdü. Qasim təhdid edilir, ona qarşı sui-qəsdlər təşkil etmək istəyirdilər, lakin Qasim bu sınaqlarda da sınmadı. Və 1988-ci ildə İslam İnqilabının ali lideri Ayətullah Xamenei onu SEPAH-ın (İran İslam İnqilabı Keşikçilər Korpusunun) əsas “Əl-Qüds” xüsusi xidmətinin başçısı təyin etdi.

 

2000-cı illərin əvvəlində Qasim Süleymaninin ABŞ, İsrail və Səudiyyə Ərəbistanının əsl “başağrısı” olması heç bir şübhə doğurmur. Süleymani “əl-Qüds”-ü köklü şəkildə yenidən qurdu, onu özündə siyasi kəşfiyyat və xüsusi təyinatlılar funksiyasını birləşdirən unikal təşkilat etdi, Ərəbistandan Pakistana kimi geniş yayılmış agentura şəbəkəsi yaratmaqla əsasən şiə icmasının bütün dünyada dayağına çevirdi. Qasım Süleymani qısa müddətdə nəinki kəşfiyyat xidmətinin rəhbəri, eləcə də Yaxın və Orta Şərqin müasir xəritəsini təşkil edən insan oldu.

 

Əl-Qüds döyüşçüləri

 

İl yarım ərzində general Süleymaninin özü regionda bir çox ən yüksək vəzifəli siyasətçilərdən daha çəkili siyasi amil oldu. Əfqanıstan, Livan, İraq, Suriya və daha sonra hər yerdə – budur onun fəallığının coğrafiyası.

 

Onun barəsində nələrsə dəqiq şəkildə məlumdur ki, biz onların barəsində bir neçə ildən sonra biləcəyik, bəziləri də on illər ərzində gümanları və ehtimal sahəsində qalacaq. Qasim Süleymani fiquru hələ öz bioqrafını gözləyir, o bioqraf ki, generalın rəhbərliyi altında və şəxsi iştirakı ilə öz tədqiqatlarını təqdim edəcək. Hər halda bu barədə çox ağır bir material artıq yığılıb. Onlardan biri generalın Moskvanı Suriyadakı ekspedisiyasına başlamağa “razı salması” barədədir ki, bu barədə danışsaq bir kitabça alınar. Bu isə onun yeganə başgicəlləndirici kombinasiyası deyil. Ancaq bu gün, bu oçerkdə, biraz başqa şeydən – generalın məşhurluğu, populyarlığının digər tərəfi haqda danışmaq istərdim.

 

General Ali lider Əli Xameneinin sonsuz etibarına yiyələnib. Tehranın xarici siyasətinin formalaşmasında kifayət qədər adam iştirak edir, amma onun (Qasim Süleymaninin) səsi bir sıra məsələlərdə həlledicidir.

 

 

Mərkəzdə Ali lider Ayətullah Əli Xamenei, solda Süleymani, 1980-ci illər

 

 

2010-cu il

 

İraqdakı bir qədər öncəki zəfərdən sonra dünya və regional kütləvi informasiya mediaları onu “İranın realxarici işlər naziri” adlandırmağa başladılar.

 

Generalın İran cəmiyyətindəki reytinqi qeyri-adi dərəcədə yüksəkdir. İran əhalisinin təxminən 80 faizi onun fəaliyyətinə “sözsüz ki, razılıqla” və ya sadəcə “razılıqla” yanaşırlar. İranda bir qədər öncəki prezident kampaniyası zamanı ilk dəfə olaraq şüar səsləndirilmişdir –  tam məsuliyyətlə deyirəm ki, şüarən ortaya çıxmasına səbəbdə generalın heç bir aidiyyəti yox idi – “Qasim Süleymani prezdentliyə!”. Şəxsən bu sətirlərin müəllifində şübhə yoxdur ki, general namizədliyini irəli sürməyə qərar qəbul etsə idi, o, seçkilərin birinci turunda qalib gələrdi.

 

O zaman generalın öz tərəfdarlarını ruh yüksəkliyini söndürməsi üçün şəxsi bəyanatı lazım oldu. Qasim Süleymani bildirdi ki, «İslam inqilabının yeri döyüş meydanları olan adi əsgəri olub və elə qalacaq».

 

 

İllər onun saç və saqqalını gümüşə tutub, baxışlarını iti, üzünü qırışıq edib. Amma o, ürəyində inqilabın ötən əsrin 80-ci illərində eyni aşiqi kimi qalıb. Hər sözünün təsadüfi seçilmədiyi sakit və aram söhbətli, həmsöhbəti ilə ünsiyyətdə sadəliyə malik insan. /haqqın.az/

 

Məqalənin tərcüməsi “İslaminSesi” saytına məxsudur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button