ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran xalqı Qəzzə uşaqlarına dəstək aksiyası keçirir

İran xalqı bu gün Qəzzənin məzlum körpələrinə dəstək məqsədilə genişmiqyaslı aksiya keçirib.

Əl Aləm telekanalının məlumatına əsasən, hal-hazırda İranın müxtəlif şəhərlərində Qəzzənin məzlum körpələri və Fələstin xalqına dəstək məqsədilə aksiya və yürüşlər keçirilir.

Bu aksiya yerli vaxtla saat 15:00-da başlayıb. Tehran şəhərində bu aksiya İnqilab Meydanında keçirilməkdədir və bu aksiyada İslam İnqilabı Keşikçiləri Korpusunun  (Sepah) komandiri general-mayor Hüseyn Salami çıxış edir.

Xatırladaq ki, oktyabrın 7-də sionist rejimin Qəzzə zolağına hücumlarında 12 mindən çox insan şəhid olub və 32 min nəfər yaralanıb. Şəhidlərin  5 min nəfəri uşaqlar və 3155 nəfəri isə qadındır. 3750 nəfər isə itkin düşüb. Həlak olanlar arasında xarici vətəndaşlar və jurnalistlər də var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button