ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sionist rejim Qəzzənin mərkəzini bombalayıb

Sionist rejim qırıcıları ondan çox raketlə Qəzzənin mərkəzində müqavimət qüvvələrinə məxsus düşərgəni bombardman ediblər.
Bu hava hücumu bu gün səhər saatlarında Qəzzənin mərkəzində yerləşən Əlməğazi düşərgəsinə qarşı törədilib. Nəticədə Qəzzə zolağının mərkəzindəki bəzi məhəllələrin işığı kəsilibdir.
Sionist rejim ordusu iddia edibdir ki, sözügedən hücumlar Qəzzə zolağından bu rejimin işğal etdiyi ərazilərə tərəf raket atışı ilə bağlı həyata keçirilir.
Sionist rejim ordusunun sözçüsü də bu rejim qırıcılarının Qəzzə zolağına qarşı hava basqınlarını təsdiq edib. O, həmçinin iddia edibdir ki, Həmas hərəkatına məxsus bir mövqe bombardman edilibdir.
Sionist rejim mənbələri dünən gecə qəsb olunmuş Fələstinin cənubunda yerləşən Əynulsalisə, Nirim və Kisovim qəsəbələrində həyəcan siqnalının səsləndirilməsindən xəbər veriblər.
Bu mənbələr bidiriblər ki, Qəzzədən işğal edilmiş ərazilərə tərəf bir neçə raket atılıb. Nəticədə “dəmir qübbə” sistemi fəallaşıb və həyəcan siqnalı səsləndirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button