ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan İranda keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək

Azərbaycan avqustun 22-dən “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində İranın Ənzəli şəhərində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək.

Qafqaz.ir xəbər verir ki,Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan müsabiqəyə hərbi dənizçilərinin 66 nəfərlik heyəti ilə G-122 və G-124 gözətçi gəmilərində qatılmağı planlaşdırır.

Müdafiə naziri Zakir Həsənov avqustun 9-da “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək dənizçilər komandasının hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.

Azərbaycan 2015-ci ildən başlayaraq “Beynəlxalq Ordu Oyunları”nda iştirak edir.

“Beynəlxalq Ordu Oyunları” yarışları çərçivəsində keçirilən “Dəniz Kuboku” müsabiqəsində əsasən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbçiləri iştirak edir. Müsabiqə növbə ilə iştirakçı dövlətlərin dəniz akvatoriyasında keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button