ArxivIslamXəbər lentiXəbərlər

Bu gün İmam Zeynul Abidinin şəhadət günüdür- 25 məhərrəm

İmam Səccad ləqəbi ilə tanınan Əli ibn Hüseyn (ə) imamətin dördüncü günəşidir.

İslaminSesi – İmam Səccad (ə) Kərbəlada iştirak etmiş, o ağır faciənin canlı şahidlərindən olmuşdur.

O Həzrətin imamət dövrü 35 il olub. Şəhid olma tarixində müəyyən ixtilaflar vardır. Lakin ən güclü nəzərə görə İmamın (ə) həyatı hicri 38-95 ci illəri əhatə eləmiş, məhərrəm ayının 25-i şəhadətə qovuşmuşdur.

İmam Səccad (ə) İmam Hüseynin (ə) sağ qalmış yeganə oğul övladıdır. Aşura günü Allahın hikməti ilə ağır qızdırmalı olmuş və İmam Hüseynin (ə) göstərişi ilə döyüşə qatılmamışdır.Yezid sonra öz sarayında o Həzrəti qətl etmək istəmiş, lakin xanım Zeynəbin (s.ə) rəşadətli dirənişindən, alovlu nitqindən qorxub bu işdən çəkinmişdi.

İmam Səccadın (ə) özü də dediyi kimi ömrünün ən ağır günlərini Şam əsirliyində olan vaxtlarda yaşamışdır. O Həzrət bu barədə buyurub:

“ Şəm səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar. Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar. Siz də bunlardan intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar. Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi günün altında saxlayırdılar!” ( Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).

İmam Səccadın (ə) və Xanım Zeynəbin (s) rəşadətli çıxışları sayəsində Yezid və İbn Ziyad onlara və əsirlərə toxunmaqdan çəkindilər və onlari Mədinəyə göndərdilər. İmam Səccad (ə) ömrünün qalan günlərini Mədinədə yaşadı.

İmam Səccad (ə) dövrünün zalim xəlifəsi Vəlid ibn Əbdul-Məlik tərəfindən zəhərlədilir və hicri 95-ci il məhərrəm ayının 25-də şəhadətə qovuşur. Şərif məzarı hazırda Bəqi qəbristanlığındadır.

Yaşar Nuriyev

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button