Xəbərlər

Ermənilər Qarabağ üçün 22,6 milyon dollar yığdılar

Dünya ermənilərini birləşdirən “Ayastan” fondu noyabrın 28-də ABŞ-ın Los-Anceles şəhərində ənənəvi telemarafon keçirib.

ABŞ-ın“Media forum” saytı xəbər verir ki, Dağlıq Qarabağa yardım məqsədi daşıyan marafonda 22 milyon 600 min dollar pul yığılıb. Bu pul Ermənistandan Dağlıq Qarabağa gedən Kəlbəcər yolunun tikintisinə xərclənəcək.
1992-ci ildə yaradılmış “Ayastan” fondunun idarə heyətinə Ermənistan prezidenti sədrlik edir. Fond indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 235,8 milyon dollar toplayıb.
Minsk Qrupun həmsədrlərindən olan ABŞ-da ermənilərin siyasi və mali dəstəklənməsi, Azərbaycan Respublikasını narahat etsədə bu haqda ciddi bir addım atmağa səy göstərmir.

Rəsmi Bakı Qarabağ məsələsini geniş ictimaiyyətin müzakirəsinə çıxarmağa və vahid mövqeni müəyyən etməyə ciddi ehtiyacın olduğu desə də, bu haqda atılan addımlara nədənsə qarşı çıxır. Elə son vaxtlar Azərbaycan Respublikası “Qarabağ həqiqətləri” adlı Təbrizdə keçirilməsi nəzərdə tutulan konfransa maneə yaratdı. Konfran təşkilatçıları və iştirakçıları rəsmi Bakının bu addımını ermənilərin marğları ilə uyğun hesab etdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button