ArxivXəbər lentiXəbərlər

Azərbaycan və İran ədəbi əməkdaşlıq üzrə memorandum imzalayıblar

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu ilə Təbriz Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, bu gün Təbriz Universitetinin rektoru Məhəmməd Rza Purməhəmmədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli arasında imzalanan bu anlaşma sənədinə əsasən tərəflər elmi heyətlərin, tədqiqatçılar və mütəxəssislərin mübadilə edilməsi, iki ölkə müəllimlərinin elmi konfranslar və seminarlarda iştirakının təşkil edilməsi, birgə elmi sərgilərin keçirilməsi və müştərək elmi layihələrin icrasında bir-biri ilə əməkdaşlıq edəcəklər.

Bu anlaşma sənədində həmçinin, informasiya, kitab və elmi nəşriyyatın mübadilə edilməsi, dil və ədəbiyyat otaqlarının yaradılması habelə, iki ölkə tələbələrinin qısa müddətli kurslarda iştirakının təşkil edilməsi üzrə əməkdaşlıqlar da öz əksini tapır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button