ArxivXəbər lentiXəbərlər

Şəhid Mübarizin qardaşı Tale Bağırzadə ilə niyə görüşdü?

Bəzi KİV Şəhid Mübariz İbrahimovun atasının adından bəyanat yayılmışdı

Bəyanatda deyilirdi: ” Son günlər bəzi radikal dindarlar oğlum Mübariz İbrahimovun şəhidliyinin ildönümündən sui-istifadə edərək onun qəbrini ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhdlər edirlər. Onun əziz xatirəsini böyük qürurla qeyd etdiyimiz bir günü öz çirkin niyyətləri üçün istifadə etmək istəyirlər. Bu da bir ata kimi həm məni, həm də ailə üzvlərimi ciddi narahat edir və qəlbən incidir.
Özümün və ailəmin adından kütləvi informasiya vasitələri ilə belə şəxslərə bir daha müraciət edərək onları şəhid ruhunu və şəhid valideynlərini incidən təxribatçı əməllərdən çəkinməyə çağırıram”.

İslamazeri.az-ın “XalqXəbər” saytına istinadən verdiyi xəbərə görə, bu bəyanatdan sonra Şəhid Seyyid Mübarizin qardaşı Seyyid Rəşad MBH-nin sədri Tale Bağırzadəni ziyarət edib.

Rəşad İbrahimov görüş zamanı bildirib ki, dünən gecə (red: bəyanat yayılandan bir gün əvvəl) Biləsuvar İcra hakimiyyətindən və polisdən bu məsələdə atama yanlış məlumat verilib: “Sadəcə hazırlanmış yazını oxuyub imza atdırıblar. Atamın safllığından istifadə edib məlumatları qərəzli catdırıblar. Mubariz təkcə ailənin deyil, xalqın şəhididir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button