ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib

“Qafqazinfo” xəbər verir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.

Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.

Onu intihara məcbur edən amil yaxud şəxslər barədə araşdırma aparılmır.

2-ci Qarabağ müharibəsindən sonra şəhid ailələri və qazilərə dövlətin qayğısı ilə bağlı bir çox tədbirlər barədə geniş məlumatlar yayılsa da vaxtaşırı olaraq şəhid ailəsi və qazilərin social şəbəkələrdə yaxud dövlət orqanlarının qarşısında öz məişət vəziyyətləri ilə bağlı etirazlarının şahidiyik. Artıq sözləri və səsləri heç yerə çatmayan qazilər arasında bu kimi intihar hadisələri baş verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button