ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdoğan terrorun mərkəzini göstərdi; Amerika

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Avropa ölkələrinin dəstəyi ilə bu ölkədə dövlət çevrilişi həyata keçirməyə cəhd göstərən Fətullah Gülənə ABŞ-da xüsusi şərait yaradıldığını deyib.
“Amerika bu adamı (Fətullah Güləni-red.) gizlədir. Bayden gizlədir.Pensilvaniyada onlara nəhəng bir malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız, terrorun mərkəzi haradadır, bax məni oranı deyə bilərəm”,- Türkiyə prezidenti bildirib.
Ərdoğan ABŞ-dan əlavə digər qərb ölkələrinin də bu terror təşkilatının tərəfdarlarını gizlətdiklərini xatırladıb.
“Hazırda onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana, Avropaya qaçıb gediblər. Həmişə oralarda qaçıblar: Almaniyada, Fransada, Hollandiyada, Danimarkada, İngiltərədə, Amerikada yaşayırlar.”,- Türkiyə prezidenti deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button