ArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Azərbaycan Respublikasının əhalisi Tasua və Aşura günlərində bir yerə toplansınlar və əzadarlıq etsinlər

Vəliyyi-Fəqihin Ərdəbil əyalətində nümayəndəsi bu günləri bəşəriyyətin imam Hüseynin (ə) yol və təfəkkürünə ehtiyaclı olmasına toxunaraq deyib: “İmam Hüsenynin (ə) yolu bəşəriyyəti cəhalət və sapınmadan qurtuluş verə bilən saf bir hərəkatdır. Çünki Aşura İslam camiəsinin mədəni irsidir”.

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin Ərdəbil əyalətində nümayəndəsi və imam cümə Ayətullah Seyid Həsən Amili keçən gecə Ərdəbilin Əzəm məscidində keçirilən “Məhərrəm ayının qarşılanması və İmam Hüseyn (ə) Qocaman Məddahlarının təqdiri” 14-cü iclasında Məhərrəm ayının qarşılanmasının məhz formal bir mərasim olmadığını və yavaş-yavaş Kərbəlaya yaxınlaşmaqda olan imam Hüseyn (ə) karvanının qarşısına getmək olduğunu vurğulayaraq deyib: “Biz Kərbəla və imam Hüseyn (ə) yol və məktəbinin aşiqiyiksə, bütün vücudumuzla, ürəklə, canla və həyatımızın bütün zərrələri ilə imam Hüseynə (ə) ləbbeyk deməliyik”.

Ayətullah Amili çıxışının davamında Tasua və Aşura günlərinə toxunaraq Azərbaycan Respublikasının müsəlman və mömin xalqına tövsiyə edib ki, şəhər və qəsəbələrin bir nöqtəsinə toplaşsınlar və əzəmətli əzadarlıq mərasimi keçirsinlər.

O, daha sonra Azərbaycan Respublikasının başçılarından istəyib ki, imam Hüseyn (ə) əzadarlarının bir nöqtədə toplaşmasına mane olmasınlar.

Qarabağ müharibəsi və onun bu qədər uzanımasına işarə edən Ayətullah artırıb: “Əgər bu ölkə öz müsəlmanlarına və möminlərinə arxalansa, bir neçə günün müddətində Qarabağı ermənilərin çirkli vücudundan təmizləmək və məntəqəni azad etmək olar”.

Vəliyyi-Fəqihin Ərdəbil əyalətində nümayəndəsiimam Hüseynə (ə) ağlamağı o həzrətə (ə) vəfadarlığı bildirmək üçün İslam dünyasının tükənməz sərvəti adlandıraraq deyib: “Bizim ağlamağımız birinci ona görədir ki, Peyğəmbəri-əkrəmin (s) ideal camiəsi o həzrətin vəfatından sonra Yezid kimi ləyaqətsiz adamların əlinə düşdü. Həmin məsələ də imam Hüseynin (ə), onun dostlarının və övladlarının şəhadətinə səbəb oldu”.

Çıxışının davamında ağlamaq barədə izah verən Ayətullah deyib: “Kərbəla hadisəsinə ağlamağımız ona görədir ki, İslam dünyası bir daha bu bəsirətsizliyin şahidi olmasın və bir də Kərbəla hadisəsi baş verməsin”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button