ArxivXəbər lentiXəbərlər

Ərdəbil və Sumqayıt qardaşlaşır

Ərdəbil və Sumqayıt qardaşlaşır
Ərdəbil əyalətinin valisi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı ilə razılaşmanın baş tutmasına işarə edərək Ərdəbil və Sumqayıt şəhərlərinin qardaşlaşacağını xəbər verib.
Qafqaz Mədəniyət Mərkəzi –Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş cümə axşamı günü deyib: “Azərbaycan Respublikasına səfər çərçivəsində Sumqayıt şəhərinin icra hakimiyyətinin başçısı ilə görüşdə ikitərəfli ticarət əlaqələrinin genişlənməsi barədə razılaşma əldə edildi”.
Vali əlavə edib: “Ərdəbil və Sumqayıt şəhərlərinin qardaşlaşması layihəsi qarşıdakı bir neçə ayda həyata keçəcək. Bu məsələ hər iki tərəf üçün səmərəli ola bilər”.
Məcid Xudabəxş özünün Rusiya və Azərbaycan ölkələrinə bir həftəlik səfərini uğurlu dəyərləndirərək yaxın gələcəkdə Azərbaycan Respublikasının siyasi və ticari-iqtisadi nümayəndə heyətinin Ərdəbilə səfər edəcəyini xəbər verib.
Vali xatırladıb: “Ölkəmizdə 11-ci dövlətin hakimiyyətə gəlməsi ilə İran və Azərbaycan Respublikası arasında münasibətlərin genişlənməsi üçün zəminələr genişləndi. Belə ki, ötən üç ildə iki ölkə başçıları arasında beş görüş baş tutmuşdur. Bu da iki ölkə arasında yüksək siyasi iradənin olduğunu göstərir”.
O, Azərbaycan Respublikasının nazirləri ilə görüşünə və bu səfərdə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıqlar haqqında bir sıra anlaşma memorandumunun imzalanmasına da toxunaraq deyib: “Azərbaycan Respublikasının prezidenti ilə görüş bu səfərin önəmli proqramlarından idi. Görüşdə iki ölkə arasında, xüsusilə də Ərdəbil əyaləti ilə əməkdaşlıq müzakirə edildi”.
M. Xudabəxş vurğulayıb: “Bu görüşdə İlham Əliyev Ərdəbil əyalətinin tarixi və məşhur cazibəlikləri haqqında məlumatlı olduğunu qeyd etdi, Azərbaycan və İran, xüsusilə də Ərdəbil arasında çoxlu ortaqlıqların olmasına toxundu və iki ölkə arasında ticarət münasibətlərinin genişlənməsini çox yaxşı qarşıladı”.
Ərdəbilin valisi dövlətin Ərdəbil əyalətinə 1 milyard dollar həcmində investisiya qoymasına da toxunaraq deyib: “Dövlətin Ərdəbil əyalətində bu həcmdə investisiya qoyması Azərbaycan Respublikasının prezidenti üçün əhəmiyyətli idi. Bu investisiyanın detalları və əyalətin ticarət əlaqələrini genişləndirmək sahəsində onun potensiallarını tanıtmaq üçün sərmayə qoyuluşunun prosesi haqqında məlumat Azərbaycan Prezidentinə təqdim edildi”.
Ticarət sahəsində baş tutmuş müzakirələrə toxunan vali deyib: “İki ölkənin tacirlərinin Rusiyada birgə bazar yaratması yönümündə əməkdaşlıq etmələri barədə müzakirələr aparıldı və bu mövzuda razılaşma əldə olundu”.
Ərdəbil əyalətinin valisi qeyd edib: “Ümumiyyətlə, baş tutmuş görüş və razılaşmalara diqqət etməklə yaxın gələcəkdə Ərdəbil əyalətinin genişlənməsi çərçivəsində bu səfərin müsbət və təsirli nəticələrinin şahidi ola biləcəyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button