ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Qərblə münasibətdə dörd mövzu ilə bağlı geri addım atmayacağını bildirib

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani rəsmi tvitter səhifəsində ABŞ dövlət katibinin müavini Vendə Şermənə cavab olaraq paylaşım edib…

ABŞ dövlət katibinin müavini İranla münasibətdə bütün seçimlərin (o cümlədən hərbi seçimin) masa üzərində olduğunu dedikdən sonra, İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi də Qərblə danışıqlarda ölkəsinin seçimlərini açıqlayıb və rəsmi Tehranın masası üzərində əsasən dörd mövzunun daima qalacağını bildirib.

Qafqaz.ir SalamNews-a istinadən xəbər verir ki, İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani rəsmi tvitter səhifəsində ABŞ dövlət katibinin müavini Vendə Şermənə cavab olaraq paylaşım edib.

O yazıb ki, “İranın dinc nüvə fəaliyyəti potensialının qorunub saxlanılması, ölkənin hərbi müdafiə imkanları məsələsi, İslam Respublikasının təhlükəsizliyini təmin edən region siyasəti, habelə İslam Dövlətini dəstəkləyən xalq tərəfindən qeyd edilən tədbirlər həmişə masa üzərində qalacaq və heç vaxt bular masadan götürülməyəcək.”

Qeyd edək ki, Vendi Şermən bundan öncə MSNBC telekanalına müsahibədə bildirib ki, İranla bağlı bütün seçimlər (o cümlədən hərbi müdaxilə) masa üzərindədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button