ArxivXəbər lentiXəbərlər

Bakı kuboku yarışlarında iştirak edən heyətlərin sədrlərinin mətbuat konfransı

Azərbaycan Respublikasının təşkilatçılığı ilə Rusiyada keçirilən dünya qüvvələrinin 2017-ci il yarışlarında iştirak edən dəniz qüvvələrinin rəqabətləri avqustun ikisində başlanır və İrandan bu yarışlara göndərilmiş gəmilər lazımi və tam hazırlığa malikdirlər.

IRIB-nin Bakı ofisinin məlumatına görə, İrandan bu yarışlara göndərilmiş gəmilərin başçısı 1-ci dərəcəli göyərtə kapiatanı Seyid Mahmud Amuzeş bu gün Rusiya, Qazaxıstan, Azərbaycan Respublikası və İran İslam Respublikasından olan iştirakçı heyətlərin sədrlərinin mətbuat konfransında deyib: İrandan “Coşən” və “Peykan” adlı iki raketatan gəmi bu yarışlarda iştirak edir və bir neçə gündür ki, yarışların keçirilməsi şəraiti, imkanların təmini və əsaslandırma proqramları icra olunur.

Azərbaycan Respublikası dəniz qoşunlarının qərargah rəisi Şahin Məmmədov da bu mətbuat konfransında Azərbaycan Respublikasının bu yarışların icrası üçün tam hazır olmasından xəbər verib və belə əlavə edib: Dünya ordularının yarışlarının dəniz bölməsi rəqabətlərinin üçüncü dövrü olan bu rəqabətlərdə təkcə min tonluq tutuma malik olan gəmilər iştirak edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button