ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qeyri-neft-qaz sektoruna sərmayələr 38,8% azalıb

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri

Qeyri-neft-qaz sektoruna sərmayələr 38,8% azalıb. Ümumi sərmayələr ilin sonunadək 8 milyard azala bilər.

Ay aydan, il də ildən pis gəlir. 2021-ci il çox pis başlanğıc götürüb. Bu gedişat hal-hazırda yaşanan iqtisadi tənəzzülün durdurulmasına bağlanan ümidləri alt-üst edir. İlham Əliyevin çağırışları nəticə verməyib. Keçirdiyi müşavirələrdə hətta rayon icra başçılarına investor tapmaq çağırışları edən dövlət başçısı ölkədə əlverişli işgüzar mühitn olmasına dair saysız-hesabsız açıqlamalarla çıxış etsə də, ortada nəticə yoxdur və bu sahədəki vəziyyət düzəlmək əvəzinə daha da pisləşir. Köhnə nazirləri silkələmək, vəzifəli adamları zindana atmaq təşəbbüsləri də bu baxımdan işə yaramayıb. Ümumi sərmayə qoyuluşları ötən ilin yanvar ayı ilə müqayisədə 27,5% düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə həm yerli, həm də xarici sərmayədarlar tərəfindən bu ilin yanvar ayında cəmi 724 milyon manat və ya 426 milyon ABŞ dolları həcmində yatırım həyata keçirilib ki, bu da son 10 ilin ən pis göstəricisidir (https://www.stat.gov.az/news/index.php?id=4807). Bu göstərici “COVİD-19”-un meydan suladığı 2020-ci ilin orta aylıq göstəricisindən 2 dəfə azdır. Ötən il hər ay orta hesabla 1,4 milyard manat olmaqla üst-üstə 17 milyard manat sərmayə yatırımı edilib. (https://www.stat.gov.az/news/index.php?id=4792)

Yanvar tendensiyası qalıcı olarsa, sərmayə qoyuluşu ilin sonunadək 8 milyard manat azala bilər ki, bunun yaratdığı fəsadların altını sonradan yığıb-yığışdırmaq çox çətin ola bilər. Nəzərə almaq lazımdır ki, ötən il işsizlik səviyyəsi 49,4% artıb və bu üzdən həm itirilmiş iş yerlərinin bərpası, həm də yeni iş yerlərinin yaradılması, habelə işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinin aparılması zərurəti böyük sərmayələr tələb edir.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button