ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ceyhun Bayramov: “Berbok məcburi köçkünlərlə görüşsəydi, daha çox məlumatlı olardı”

Nazirlərin birgə mətbuat konfransında sülh çağırışı edilib

Avropa İttifaqı və Almaniya sülhün əldə edilməsində Azərbaycan və Ermənistanı dəstəkləməyə hazır olduğunu ifadə edib.
Bunu noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunu üzrə mətbuat konfransında bildirib.
Nazir deyib ki, sülh müqaviləsinin əsasını Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə hörmət təşkil etməlidir:
“Avropa İttifaqı iki ölkə arasında qarşılıqlı etimad tədbirlərini dəstəkləməyə hazırdır”.
Azərbaycanda mina təhlükəsi probleminə gəlincə, A.Berbok Berlinin Bakıya minalardan təmizləmə imkanlarının gücləndirilməsi layihəsini təklif etdiyini vurğulayıb.
Azırbaycan xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində qeyd edib ki, Ermənistan əhalisinin miqrasiyasında Qarabağdakı qanunsuz rejimin rəhbərliyi və illərdir milli nifaqı təbliğ edən rəsmi Yerevan günahkardır.
Antiterror əməliyyatından sonra Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinin nümayəndələri ilə görüşlər keçirib, humanitar yardımlar göstərib, elektrik enerjisi təchizatını bərpa edib, BMT missiyasını və digər təşkilatları, xarici diplomatları bölgəyə buraxıb”, – deyə nazir əlavə edib.
Ceyhun Bayramov onu da deyib ki, almaniyalı nazir azərbaycanlı məcburi köçkünlərlə görüş keçirsəydi, vəziyyətdən daha çox məlumatlı olardı:
Almaniyalı həmkarı Ermənistanda Azərbaycan ərazilərindən miqrasiya edən şəxslərlə görüşdüyünü deyib. O bildirdi ki, görüşün məqsədi məlumatların öyrənilməsi olub. Azərbaycanda olan məcburi köçkünlərin sayı Ermənistana miqrasiya edənlərin sayından daha çoxdur. Xanım nazir azərbaycanlı məcburi köçkünlərlə görüşsəydi, daha çox məlumatlı olardı”.
Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh danışıqlarına hazır olduğunu təsdiqləyib.
O, bu günlərdə Tehranda 3+3 formatı çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşüb və Yerevandan sülh müqaviləsi ilə bağlı təqdim etdiyi təkliflərə cavab gözlədiyini bildirib.
Ceyhun Bayramov Brüssel formatında danışıqların perspektivlərini ümumilikdə müsbət qarşıladığını deyib:
Azərbaycan sülh prosesinin irəliləməsinə kömək edəcəksə, müxtəlif formatlarda və yerlərdə danışıqlara hazırdır”.
O, insan haqlarına da toxunaraq qeyd edib ki, Azərbaycan və Almaniya Avropa Şurasının üzvü kimi bu sahədə öhdəlikləri var və onlara əməl etməlidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button