ArxivXəbər lentiXəbərlər

Türkiyə ordusu ilə İŞİD arasında toqquşmalar başladı

Suriya sərhəddində, İŞİD terrorçularının Türk əsgərlər atəş açmasından sonra silalı toqquşmalar baş verib
İslamazeri.az-ın Türkiyə mediasına istinadn verdiyi xəbərə görə, Türkiyə-Suriya sərhəddində, Kilis bölgəsinin Elbeyli rayonuna yaxın, Dağ Hüdud hərbi jandarma postunda xidmət edən əsgərlərə İŞİD terrorçuları tərəfindən atəş açılıb. Hücum zamanı bir hərbçinin öldüyü, 5 əsgərin isə yaralandığı qeyd edilir.  Bundan sonra Türkiyə ordusu hərəkətə keçərək İŞİD-in 3 hərbi maşınını vurduğu, həmçinin bir neçə terrorçunun da öldürüldüyü mediada yayılıb. Xəbər agentliklərinin yaydığı məlumata görə, hadisə yerinə xüsusi təyinatlılar sövq edilib. Yeni verilən məlumata görə isə, Türk Hava Qüvvələri İŞİD-in mövqelərinin qırıcılarla vurub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button