ArxivXəbər lentiXəbərlər

İŞİD-in Bakı Ssenarisi :Abutalıbovun vəhhabi oğlu vəhhabiləri “Heydər” Məscidinə axund gətirməyə çalışır

İsrafil Abutalıbovun Əlixan Musayevi Heydər Əliyev Məscidinə axund gətirməyə çalışır

Terrorçu “Nüsra cəbhəsi” təşkilatı ilə əlaqəli «İxlas» adlı Xeyriyyə Təşkilatının mühüm əməkdaşı İsrafil Abutalıbov Heydər Əliyev Məscidinin axundu kimi, Azərbaycanda vəhhabilərin iki aparıcı rəhbərlərindən biri olan Əlixan Musayevi görür. Onun təyinatı məsələsinə QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qəti etiraz etsələrdə lakin hökümət daxilində bəzi şışkalar məhz xəvaric «Əlixan Musayevi» “Heydər” Mscidinə axund təyin etmək israrındadırlar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bir müddət əvvəl inşa edilən və istifadəyə verilən Heydər Əliyev Məscidinə nə axund, nə də onun müavinlərinin təyinatı aparılıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətinə verilməyən və müstəqil Məscid kimi fəaliyyət göstərən sözügedən ibarət yerinə axund olmaq istəyən isə yetərli qədər çoxdur.

JAM.AZ xəbər verir ki, axund təyinatı işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirəcək ki, bu zaman mer Hacıbala Abutalıbovun da işə qarışmaq məcburiyyətində qaldığı bildirilir. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda vurğulanır ki, şəhər merinin oğlu İsrafil Abutalıbov Heydər Əliyev Məscidinin axundu kimi, Azərbaycanda vəhhabilərin iki aparıcı rəhbərlərindən biri olan Əlixan Musayevi görür.

Mənbə iddia edir ki, Ə.Musayev sənədlərini artıq Bakı meriyasına da təqdim edib. BŞİH isə bütün namizədlərin dosyesini hazırlayaraq, onları Prezident Admnistrasiyasına təqdim edəcək. «Şəhər meriyasında Hacıbala Abutalıbovun ətrafındakı gənc kadrların içində Əlixan Musayevlə bağlı 3 nəfər məsul işçi var. Onlar idiyə qədər özlərinin radikal dini cərəyanın nümayəndəsi olduqlarını gizlətməyi bacarıblar».

JAM.AZ-a yazan mənbə həmin şəxslərin İsrafil Abutalıbovun sayəsində vəzifə başına gətirildiklərini də iddia edir. Onun iddiasına görə, qeyd olunan adamlar həftədə bir dəfə «Oskar» restoranında qapalı otaqlarda Əlixan Musayevlə görüşürlər.

O da iddia edilir ki, plana əsasən Əlixan Musayev Heydər Əliyev Məscidinə axund və ya axund müavini gətirilə bilər. Hətta o da vurğulanır ki, onun təyinatı məsələsinə QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qəti etiraz ediblər. «Əlixan Musayev o qədər əmindir ki, artıq ətrafındakı insanlar ona hədiyyələr alır və təbrik edirlər».

Mənbə Bakı merinin oğlunun barəsində də ilginc iddia irəli sürüb. Onun sözlərinə görə, İsrafil Abutalıbov hazırda Türkiyədə yaşayır və Nüsra cəbhəsi (Əl Qaidənin Suriya qolu) təşkilatı ilə əlaqəli «İxlas» adlı Xeyriyyə Təşkilatı ilə əməkdaşlıq edir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button