Aktual

Əhli-Sünnə alimləri “vəhabilik” təhlükəsinin qarşısında bir çarə fikirləşsinlər

Ayətullah İmami Kaşani – Tehranın Cümə Namazı İmamı, Allah-Taalanın İran xalqına nəsib etdiyi gözəl nemət “vəliyyi-fəqih” (Fəqihin Vilayəti) məsələsinə işarə edərək Əhli-Sünnə alimlərini dəvət etdiki “vəhabilik” (sələfilik) təhlükəsi ilə üzləşmək üçün bir çarə fikirləşsinlər. O, deyib: İslam dünyası gərək “vəliyyi-fəqih” nemətindən istifadə etsin. Bunun üçün isə şiə alimləri kitab yazmalı və qələm sındırmalıdırlar ki, bu iş “fərəcin intizarı” sayılır.

Ayətullah Məhəmməd İmami Kaşani – Tehranın Cümə Namazı İmamı və Ali Dini Rəhbər Təyin Etmə komissiyasının üzvü, bu gün (23 avqust) Tehranın Cümə Namazının ikinci xütbəsində Seyid Şah Əbdüləzim Həsəninin və Həmzə Seyyidüş-Şühədanın şəhadət günləri münasibətilə baş sağlığı verərək dedi: Şeyx Tusi (r.ə) öz “Əmali” kitabında Həzrət Seyid Şah Əbdüləzimdən belə nəql edir: “İnsanın pak niyyəti və gözəl xisləti onun bütün vücuduna hakim kəsilir, insanın vücudun paklayaraq onu kamala yeitirir”.

O İranın yeni hökümətinə işarə edərək bildirib: “Dövlət heyəti şükr olsunki təşkil olundu və Allahın razılığını və ölkənin məsləhətinə uyğun hərəkət edəcəklərinə, eyni zamanda iqtisadi, siyasi, mədəni və əxlaqi problemləri həll edəcəklərinə ümüd edirik. Həmd olsun xalqda dövlətə bu barədə kömək edəcək və bu köməyin misilsiz təsiri vardır. Pak qəlb və niyyət böyük təsirlər qoymağa qadirdir. Sadəcə olaraq insan cəhd etməli və Allaha tərəf addımlamalıdır ki, Allah da ona kömək etsin.”

İmam cümə son zamanlar islami bölgələrdə baş verən hadisələrə toxunaraq bildirib: “Misir, Suriya və digər islami bölgələrdə yaranan problemləri görüb təəssüf hissi keçiririk. Bu prblemlər bizə bir neçə şeyi anlatır. Birinci islam dünyasının daima düşməninin var olmasıdır. Digər məsələ isə, Misir xalqına xəyanət edən Fironun bir gün azad olmasıdır. Quran buyurur ki, sizin içinizdə yaxşılıqlara əmr edən və pisliklərdən çəkindirən birinin olması zəruridir. Bəs hanı sizin alimləriniz? Bu Vəhabilik məsələsi islama mürtəkib olmuş siyasi bir məsələdir. Bu növ zorakılıqla nə etməliyik? Burda İslam alimləri mövqe sərgiləməlidir”.

Ayətullah Muhəmməd İmami Kaşanı dünyadakı, xüsusilə Misirdəki İslam alimlərinin diqqətli olmasından və problemin həlli üçün çalışmasının vacib olduğunu bildirib: “ İslam alimləri Misirdə yaşanan bu təkifirçilər qarşısında durmalı və mövqelərini ortaya qoymalıdırlar”.

İmam cümə sonra ictimai rəy yarada biləcək yazarlar haqda danışıb: “Livan və Misirin yazarları hardadır? Niyə düşünmürlər? Bu gün qələmlər hərəkətdə olmalıdır, islamı bəyan etmək yolunda hərəkətə keçməlidir. İslamı düşünməliyik və bu barədə ciddi olmalıyıq. Əks halda bu Sələfilər irəlliyəcək və onların qarşısını almaq çətin olacaq. Şükrlər olsun ki, ölkəmizdə Vilayəti fəqihə sahibik. İslami ölkələrin hamsınıda cihad ruhiyyəsi yüksəlməlidir. Bu ruhiyyə rəhbərimiz sayəsində ölkəmizdə mövcuddur. Alimlərimiz İmam Zamanın zuhuru haqqında yazılar yazmalıdırlar.”

http://iqna.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button