ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əsir düşən Azərbaycan əsgərinə 11 il 6 ay həbs verildiyi bildirilir

Digər əsgərlə bağlı istintaq davam edir

A.Bəbirov sərhədi qanunsuz keçməkdə, sərhəddən silah və sursat keçirməkdə təqsirli bilinib.
Bu barədə məlumat yayan “Sputnik-Ermənistan” ikinci əsgər Hüseyn Axundovun işi üzrə istintaqın davam etdiyni  bildirib:
O, mülki şəxsi (Zəngəzur mis-molibden zavodunun gözətçisi) qətlə yetirməkdə ittiham olunur”.
Aprelin 13-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Aqşin Bəbirov və Hüseyn Axundov barədə məlumat yayıb.
Bildirilir ki, 2004-cü il təvəllüdlü A.Bəbirovun və 2003-cü il təvəllüdlü H.Axundovun zəruri axtarışı və araşdırma davam etdirilir.
Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən iki hərbi qulluqçusunun yolu itirərək azması haqda məlumat yaymışdı.
Nazirlik hərbçilərin kimliyinə aydınlıq gətirməsə də, onların axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü qeyd etmişdi.
Hərbçilərdən Aqşin Bəbirovun dayısı Yaşar Musayev xəbəri Meydan TV-yə təsdiqləmişdi.
Sonradan Ermənistan sosial şəbəkəsində A.Bəbirovun saxlanılması barədə video yayılsa da, Hüseyn Axundovun taleyi naməlum qalmışdı.
Hüseyn Axundovun Lənkəran rayonundan hərbi xidmətə çağırıldığı qeyd olunur.
Onlar 1 ilə yaxındır ki, hərbi xidmətdədirlər.
ABŞ-ın Azərbaycandakı səfriliyi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hərbçilərə qarşı zorakı rəftarla bağlı açıqlama yayıblar.
Bildirilir ki, Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu qeyd edib ki, hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button