ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlərXütbələr

Ayətullah Seyid Həsən Amili Azərbaycan xalqına səsləndi: Xoşagəlməz hadisə baş verərsə günahkar buna şərait yaradandır

Qafqaz Həqiqətləri xəbər verir ki, Bu sözləri Ayətullah Həsən Amili sonuncu cümə xütbəsində bildirib.

O, deyib: Əziz və böyük Azərbaycan xalqı, diqqət edin ki, İran İslam Cümhuriyyəti Azərbaycanı özünə düşmən hesab etmir və ümumiyətlə düşmənçiliyə yer yoxdur. Elə buna görə də İrandan Azərbaycana heç bir təhlükə gözlənilmir və İran indiyə qədər Azərbaycana heç bir yaxşılıqdan çəkinməyib, həmçinin İranın Ermənistan dəstəyi barədə deyilənlər ağ yalandır. İran bütün beynəlxalq formlarda Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib və Azərbaycanın lehinə səs verib. İran dəfələrlə bəyan edib ki, bütün Qarabağ Azərbaycanın ərazisidir və Ermənistanın işğala haqqı yoxdur və Rəhbərimiz isə öz çıxışlarında qeyd edib ki, Qarabağ Azərbaycanındır.

Ayətullah Amili qeyd edib: İranın həssas olduğu məsələ isə sərhədlərin qarışdırılması və İranın Avropaya yolunu bağlanmasıdır. İranın bu məsələyə həssaslığının Ermənistanla heç bir əlaqəsi yoxdur və bu, Ermənistanı dəstəkləmək demək deyil. İranın qırmızı xətti beynəlxalq sərhədlərin davamlılığı və toxunulmazlığıdır. Bir dəfə bu sərhəd Ermənistan tərəfindən dağıdıldı, 25 illik müharibə oldu və minlərlə günahsız insan həyatını itirdi. Beynəlxalq sərhədlər yenidən dağılarsa, bundan sonra yenidən müharibə başlayacaq və bölgə xarici qüvvələrin paliqonuna çevriləcək. Bu isə heç də Azərbaycan xalqının xeyirinə deyil.

O, Əlavə edib: Hər bir ölkə öz beynəlxalq yollarına təbii olaraq həssasdır. Siz də həssassınız və buna görə də ölkənizin ərazi bütövlüyü uğrunda Qarabağda minlərlə şəhid verdiniz. Deməli, əgər İran beynəlxalq sərhədlərinə önəm verirsə, qınamağa da yer yoxdur. Təəssüflər olsun ki, hökumətiniz dəfələrlə səs verdiyi beynəlxalq sərhədləri pozmağa, İranın yolunu bağlamağa çalışır. İlk dəfə olaraq Azərbaycan hökuməti 1991-ci ildə Almatıda keçirilən iclasında saziş müqaviləsi imzalayıb, ona əsasən keçmiş sovet respublikaları mövcud sərhədləri tanıyır.

Ərdəbilin İmamı Cüməsi Almatı müqaviləsinin müddəalarına toxunaraq bildirdi: Almatı müqaviləsi 1991-ci il dekabrın 21-də Almatıda Sovet İttifaqından ayrılaraq müstəqil olmuş dövlətlərin rəhbərlərinin iştirakı ilə imzalanıb. Bu müqaviləyə əsasən Müstəqil Dövlətlər İttifaqı yaradıldı və birgə bəyanat verildi.
Bu bəyanatın mühüm müddəalarından bəziləri bunlardır:

1. Müstəqil ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır və üzv dövlətlərdən heç biri başqasının rəsmi sərhədlərini dəyişdirməyəcək.
2. Üzv dövlətlər siyasi və iqtisadi sahədəki problemləri danışıqlar və sülh yolu ilə həll edəcək, təhdid və gücə əl atmaqdan çəkinəcəklər.
3. Üzv dövlətlər azadlığa, sülhə və insan hüquqlarına hörmət edəcəklər.
4. Üzv dövlətlər öhdəlik götürürlər ki, Sovet İttifaqının imzaladığı müqavilələri tanımaq və həyata keçirməkə davam edəcəklər.
5. Üzv dövlətlər bu müqavilənin müddəalarının həyata keçirilməsinə sadiqdirlər.

vəli Fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi sözə davam etdi: Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarj Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Praqa Sammitində, tərəflər Almatı müqaviləsinin müddəalarına hörmətlə yanaşmağa və bir-birinin ərazi bütövlüyünə hörmət etməyə yenidən razılaşdılar. Artıq bir müddətdir ki, Azərbaycan hökuməti Almatı ilə Praqa arasında razılaşmanı qəbul etmədiyini bildirərək iddia edir ki, Ermənistanla sərhədlər 1991-ci ildə Almatı müqaviləsi əsasında yox, 1919-cu il xəritəsi əsasında müəyyən edilməlidir. Bu plana görə, Sionik vilayəti və ya Zəngəzur Azərbaycana birləşdiriləcək, İranla Ermənistan arasında quru sərhədinin kəsilməsinə gətirib çıxaracaq və nəticədə İran Avropaya gedən əsas marşrutunu itirəcək. Azərbaycanın bu iddiası beynəlxalq qaydalara uyğun deyil və bunu heç bir ölkə təsdiq etmir.

Ayətullah Seyyid Həsən Amili vurğuladı: Əgər tarixi keçmiş sərhədlər üçün əsas olarsa, bütün dünyada vəziyyət bir-birinə dəyməli və nəticədə İranın bir çox qonşu ölkələri, o cümlədən Azərbaycan da İrana qarışmalıdır. Ona görə də tarixə istinad qətiyyən Azərbaycanın xeyirinə olmayacaq və biz də belə bir şey istəmirik. Biz Azərbaycan hökumətindən öz öhdəliklərinə, imzasına və beynəlxalq sərhədlərinə hörmət etməyi, regionun sülh və təhlükəsizliyini pozmamağı tələb edirik.

Ərdəbilin İmam Cüməsi sərhəd qarışıqlığının acı nəticələrinə toxunaraq Azərbaycan xalqına səsləndi:
Biz də istəyirik ki, Azərbaycanın anlayışlı xalqı diqqətli olsun ki, Allah eləməsin, ara qarışarsa və xoşagəlməz hadisələr baş verərsə bilməlidirlər ki, bu, İranın Ermənistanı dəstəkləməsi deyil, əslində İranın öz hüququnun müdafiə etməsi deməkdir. Bu məsələnin Ermənistana heç bir dəxli yoxdur. Əsas günahkar bu işə səbəb olandır. Ölkənizdə mütləq təbliğ edəcəklər ki, İran Azərbaycanı işğal etməyi planlaşdırır, amma siz bilməlisiniz ki, İran İslam Cümhuriyyəti, Azərbaycan xalqına qarşı deyil, yolkəsənlərə qarşıdır. Biz əvvəldən əziz Azərbaycan xalqının yanında olmuşuq, varıq və olacağıq, onları öz canımız qədər əziz bilirik. Əgər Allah eləməsin, Azərbaycana hücum olarsa, biz əvvəlki kimi Azərbaycan xalqının yanında olacağıq.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button