ArxivXəbər lentiXəbərlər

Gənc fəalların apellyasiya şikayəti təmin olunmadı – Video

Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin sədri, partiyanın Rəyasət Heyətinin üzvü Emil Səlimovun (20 sutka), hakim Kamran Əkbərovun sədrliyi ilə gənc fəal Rəfael Hüseynovun (30 sutka), inzibati həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə gənc fəalların apellyasiya şikayətlərini təmin etməyib.

Qeyd edək ki, AXCP Gənclər Komitəsinin sədri, partiyanın Rəyasət Heyətinin üzvü Emil Səlimov 19 yanvar tarixində Bakıda keçirilən mitinq ərəfəsində saxlanılıb. O, İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub. Gənc fəal Rafael Hüseynzadə yanvarın 25-də Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında həbsdə olan siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirərkən polis tərəfindən saxlanılıb. O, İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub.

1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button