ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Human Rights Watch”-dan rəsmi Bakıya qarşı növbəti hücum

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber "Vətəndaş və İnkişaf" Partiyasının sədri Əli Əliyevin həbsini "sərt qərar" adlandırıb.

“Böhtana görə cinayət məsuliyyəti yolverilməzdir. Bu, insan hüquqları prinsiplərinin Azərbaycanın da tərəf olduğu beynəlxalq sazişlərə zidd olan açıq-aşkar pozuntusudur. İnsanları böhtan ittihamı ilə həbs etmək olmaz”, deyə Denber bildirib.

O, məhkəmənin “tələskənliyinə” diqqət çəkib. “Məhkəmənin necə tez və hansı formada keçirildiyi hökmün əvvəlcədən müəyyən edildiyini göstərir”, deyə Denber bildirib.

Xatırladaq ki, Əliyevin Sərhəd Xidmətinin qəzaya uğrayan Mi-17 helikopterində sağ qalanların olacağına şübhə ifadə etdiyi müsahibə ona qarşı  beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə nəticələnib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button