ArxivXəbər lentiXəbərlər

Çavuşoğlu: ABŞ İran məsələsində həddini aşıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tacikistandan olan həmkarı Sirojiddin Muhriddin ilə birgə mətbuat konfransı keçirib.
qafqaz.ir -in “Anadolu” agentliyinə istinadən məlumatına görə, Çavuşoğlu Ağ Evin daha əvvəl İran neft sanksiyalarından azad edilən 8 ölkəyə yeni sərbəstlik hüququ verilməyəcəyini açıqlaması barədə danışarkən, Türkiyənin ən başından bəri bu cür sanksiyaların doğru olmadığını açıq və dəqiq ifadə etdiyinin vurğulayıb.
Bu sanksiyaların İran xalqına verdiyi zərəri də izah etməyə çalışdıqlarını bildirən Çavuşoğlu, digər tərəfdən bunun bölgənin sabitliyi və təhlükəsizliyi baxımından da son dərəcə təhlükəli addımlar olduğu söyləyib.
Çavuşoğlu, “bu prosesdə, bu sanksiyaları düzgün bilmədiyimiz kimi, ona qatılmadığımızı da söylədik. Bu cür addımların əleyhinəyik”, – deyə əlavə edib.
Türkiyənin və digər ölkələrin neft məsələsində mənbələrini şaxələndirməsinin asan olmadığına diqqəti çəkən Çavuşoğlu, İraqdan gələn neft boru kəmərlərinin İŞİD terror təşkilatı işğalından sonra zərər gördüyünü və təmir edilməsinin müəyyən qədər vaxt alacağını deyib.
Çavuşoğlu İraq Kürd Regional Rəhbərliyindən gələn neft boru kəmərinin tutumunun də məhdud olduğunu vurğulayaraq, bunları qeyd edib:
“Ondan başqa bir ölkədən neft alınmasını, yəni əməldə də bunun çətinliyini və mümkün olmadığını izah etməyə çalışıram. Bu dəfə zavodların texnologiyasını dəyişmək lazımdır. Bunun üçün zavodların bağlanması lazımdır ki, ciddi bir xərc tələb edir. İndi ABŞ birtərəfli qərar verəcək və bütün ölkələrə dəyəcək ki, bunun ziyanını siz çəkin. Həmiçinin bu, yəni İran əvəzinə nefti hər hansı bir ölkədən almağı təklif etmək həddini aşmaq deməkdir. Sən o ölkələrin əvəzinə marketinqmi həyata keçirirsən?”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button