Xəbərlər

Azərbaycan R-da da İmam Hüseyn(ə) Ərbəyini əzadarlıq mərasimləri keçirilib

İmam Hüseyn(ə) Ərbəyini üzrə əzadarlıq mərasimləri dünən gecə və bu gün bazar ertəsi günü(23 dekabr) Əhli-Beyt(ə) aşiqləri və vurğunlarının iştirakı ilə Azərbaycan Respublikası məscidlərində keçirilib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə Həzrət Əbaəbdellahel-Hüseyn(ə) aşiqləri və vurğunları əzadarlıq mərasimləri təşkil edərək, növhəxanlıq və mərsiyyəxanlıq edib, İmam Hüseyn(ə) və o həzrətin vəfalı köməkçilərinin şəhadətinin ərbəyinində habelə Kərbəla əsirləri karvanının müsibətlərinin qəmində göz yaşları axıdıblar.
Bu mərasimlərdə çıxış edənlər İmam Hüseyn(ə)ın qiyamının fəlsəfəsi habelə Aşura Məktəbi müraciətinin çatdırılmasında İmam Səccad(ə) və Həzrət Zeynəb(s)nın rolları haqda çıxış ediblər.
Bakının ətrafında yerləşən Nardaran qəsəbəsində də Azərbaycan Respublikası müsəlmanlarından yüzlərlə nəfər bu gün bazar ertəsi günü İmam Musa Kazem(ə)ın qızlarından olan Rəhimə Xatun(ə)ın pak məqbərəsində İmam Hüseyn(ə) əzadarlıq mərasimini təşkil ediblər.
İmam Hüseyn(ə) Ərbəyini mərasimi həmçinin Azərbaycan Respublikasının digər şəhərlərində, o cümlədən Gəncə, Astara, Lənkəran və Naxçıvanda da keçirilib.
Bakıda iranlıların Əhli-Beyt(ə) Hüseyniyyəsində də dünən gecə Azərbaycan Respublikasında yerləşən iranlıların iştirakı ilə İmam Hüseyn(ə) əzadarlıq mərasimi keçirilib.

sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button