ArxivIslamSosialXəbər lentiXəbərlər
Həbsdə olan MBH İdarə Heyətinin üzvü koronavirus ehtimalı ilə karantinə alındı
Bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanır ki, İsa İbrahimov bir neçə gündür qızdırma və nəfəs darlığından əziyyət çəkir: “Yaxınları bildirir ki, 11 saylı cəzaçəkmə müəssisində tibbi müdaxilələrə baxmayaraq səhətində irəliləyiş olmayıb. Həbsxanada karantinə alınan ilahiyyatçı dünən (red-11 iyul) 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsinə (tubzon) köçürülüb. Koronavirus ilə bağlı İsa İbrahimov analiz də verəcək. Bu vaxta qədər isə İsa İbrahimov sərt karantin rejimində saxlanılacaq”.