ArxivXəbər lentiXəbərlər

Deportasiya qərarına görə azərbaycanlı qadın özünü doğradı

Almaniyadan deportasiya olunması barədə qərar çıxarılan Azərbaycan vətəndaşı intihara cəhd edib.
Hadisə yanvar ayının 28-də baş verib. Belə ki, Almaniya hökuməti Bamberq şəhərində yaşayan Kəmalə İmaməliyevanın sığınacaq istəyinə mənfi cavab verib və onun öz ölkəsinə – Azərbaycana qaytarılması barədə qərar çıxarıb. 23 yanvar 2018-ci il tarixində səhər saatlarında onu deportasiya etmək üçün təlimatandırılmış 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının K. İmaməliyevanın yaşadığı mənzilə daxil olması isə bədbəxt hadisə ilə nəticələnib. Soydaşımız deportasiya olunmasına etiraz əlaməti olaraq həmin şəxslərin qarşısında bıçaqla qarın nahiyəsinə bir neçə zərbə endirib. O, aldığı zədələrə görə əməliyyat keçirib, daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib. Kəmalə İmaməliyevanın deportasiya qərarından ağır stress keçirdiyi bildirilir.
Məlumat üçün bildirək ki, Almaniyadan hər 10 geri göndərilmə prosesindən 1-i intihara cəhdlə nəticələnir. Bu cəhdləri nəzərə alaraq, Almaniya hökuməti bu ildən etibarən sığınacaq üçün müraciət etmiş şəxslər haqqında daha tez qərar verilməsi və geri göndərilmə prosesinin mümkün qədər tez həyata keçirilməsini planlaşdırır

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button