ArxivXəbər lentiXəbərlər

Bakıda İmam Xomeyni (rə) vəfatı ilə bağlı mərasim keçirilib

Həzrət İmam Xomeyninin (rə) vəfatının ildönümü ilə əlaqədar o həzrətin aşiqlərinin iştirakı ilə İranlıların Bakıdakı Əhli-Beyt (ə) hüseyniyyəsində mərasim keçirilib.

Mərasimdə Azərbaycanın ziyalıları və dini alimləri iştirak ediblər. Çıxış edən natiqlər İmamın şəxsiyyətinin müxtəlif cəhətləri, o cümlədən hərəkata rəhbərlik, zülm və sitəmlə mübarizə, sadə yaşam tərzi, şücaətini, eləcə də islam ümmətinin birliyi istiqamətində o həzrətin atdığı addımları xüsusi vurğulayıblar.

İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətülislam vəlmüslimin Ocaqnejad bu mərasimin başlanğıcında İslam İnqilabının dahi rəhbərinin xatirəsini yad etmək üzrə mərasimdə iştirak etdiklərinə görə azərbaycanlı möminlərə təşəkkürünü bildirib və deyib: İmam Xomeyni (rə) bütün islam ümməti və dünya məzlumlarına aiddir və onun yolu və metodu islam ümmətinin xilasıdır.

Höccətülislam vəlmüslimin Ocaqnejad İmam Xomeyninin (rə) xatirələrindən söhbət açaraq və hazırkı dünyada islam ümmətinin xilas yolunun imamın dəyərli təlimlərinə arxalanmaq olduğunu bəyan edərək islam ümmətinin canlanmasında imamın təlimlərindən ilham almağı vurğulayıb.

Mərasimin davamında Azərbaycanın bir neçə ziyalısı da Həzrət İmam Xomeyninin (rə) dünya səviyyəli şəxsiyyəti və yüksək düşüncələri barəsində söhbət edib və onun yolunun davamını vurğulayıb.

Azərbaycan Respublikasında siyasi və dini ekspert Hacı İlqar İbrahimoğlu da bu mərasimdə İmam Xomeyninin (rə) müxtəlif sahələrdə, xüsusilə də fiqh, ürfan, şücaət, idarəçilik, sadə yaşam tərzi, zülmə qarşı olması, əməldə xalislik cəhətlərinə toxunaraq deyib: İmam liberalizm və kommunizmin hakimiyyətinin zirvədə olduğu bir zamanda, dünyaya bəşərin yaratdığı məktəblərin onun xilası və səadətinin təminatçısı olmadığını göstərdi. Və xilas və doğruluq üçün əsil Məhəmməd islamının xilas təlimləri və vəhyə arxalanmağı vurğuladı.

Hacı İlqar İbrahimoğlu ilahi hökumətin təşkil olunmasının islam peyğəmbəri və məsumlarının sünnətindən qaynaqlandığına toxunub və deyib: İmam xüsusi qeyd ediləsi şücaəti ilə dünyanın bir çox məsələlərini islam təfəkkürünə əsasən bəyan etdi və islam dünyasının gələcəyi üçün yeni üfüqü təsvirə çəkdi.

Bakının Məşədi Dadaş məscidinin imam camaatı Hacı Şahin Həsənli də etdiyi çıxışında İmamın mənəvi ali məqamına toxunub və deyib: İmam xüsusi qeyd ediləsi imanı ilə xalqı sevirdi və özünü xalqa həsr etmişdi.

Hacı Şahin Həsənli imamı həm bütün müsəlmanlara aid adlandırıb və onun nurlu yolunun davam etdirilməsini qeyd edib.

Bu mərasimin davamında Əhli-Beyt (ə) məddahlar qrupunun məsulu Hacı Yaşar Cahid İmam Xomeyninin (rə) əzəməti və şəni barəsində öz şerlərini icra edib.

Azərbaycanda ruhanilərdən Hacı Vaqif də bu mərasimdə Azərbaycan möminlərinin İmama olan sevgisi və SSRİ-nin dəhşətli dövründə imamın təsirlərini bəyan edib və deyib: Həzrət İmam (rə) böyük hərəkatı və mücahidliyi ilə və İslami İranın mömin xalqı ilə birlikdə yaşadığı dövrdə islamın böyük ümməti üçün yaranması mümkün olmayan bir işi gördü.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button