ArxivXəbər lentiXəbərlər

İran saytları Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından yazır

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İran mətbuatının diqqətindədir.

İranın “Tasnim” və İRİB saytlarında bu möhtəşəm idman yarışı haqqında geniş yazılar dərc edilib. Qeyd olunur ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını keçirməyə tam hazırdır. Oyunlar üçün müasir standartlara cavab verən 16 idman arenasından istifadə olunacaq. Yarışlara 57 müsəlman ölkəsindən dörd minədək idmançı qatılacaq. İdmançılar artıq Bakıya gəlməkdədirlər. Onlar Atletlər kəndində yerləşdirilir.

Diqqətə çatdırılır ki, idmançıların və onların məşqçilərinin namaz qılmaları üçün xüsusi yerlər ayrılıb. Yeməklərin tam halal olması da təmin edilib.(AZƏRTAC)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button