ArxivXəbər lentiXəbərlər

Ermənistan Müdafiə Nazirliyi biabırçı vəziyyətin ortaya çıxacağından qorxdu – FOTO-VİDEO

Ermənistanın “İrs” Partiyasından olan keçmiş deputat Zaruhi Postanjyan Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən erməni postlarına buraxılmayıb. Ona müdafiə naziri Davit Tonoyanın əmri ilə postlara daxil olmağa icazə verilmədiyi bildirilib.
qafqaz.ir FaktXəbər-in   verdiyi məlumatına görə, bu barədə sosial şəbəkələrində məlumat yayan Zaruhi Postanjyan baş nazir Nikol Paşinyanı və müdafiə naziri D.Tonoyanı sərt ittiham edərək postlardakı real vəziyyəti görməyə imkan vermədikləri üçün qanun qarşısında cavab verəcəklərini bildirib.
(Zaruhi Postanjyanın əvvəl paylaşıb, sonra sildiyi statusu)
Z.Postanjyan bildirib ki, “keçmiş silahdaşım Paşinyan elə düşünür ki, əsgər oğlunun vəziyyətini araşdırmaq üçün burdayam, lakin zənn etmirəm ki, mən görmək istədiyim çətin şəraitli postlarda onu görə biləcəm”.
“Oğlunun hərbi xidmətə getməsini reklama çevirib, teleşou yaradaraq ölkənin bütün TV və sosial şəbəkələrində yayımladan Paşinyanın məqsədi, ordunun generallarından tutumuş əsgərinə qədər hər kəsi öz təsiri altında saxlamaqdır. Həmçinin Paşinyan bu addımı ilə oğlunu hər kəsə tanıtmaqla xidmət boyu onun təhlükəsizliyini təminat altına almış oldu” – Zaruhi bildirib.
O, postlara baş çəkməsinin əsas məqsədini açıqlayaraq əlavə edib ki, “mən əsgərlərin şəraiti ilə maraqlanmaq üçün burdayam. Nə üçün bizə posta daxil olmağa icazə vermirlər? Postlardakı əsgərlərin real vəziyyəti o qədərmi acınacaqlıdır ki, Müdafiə Nazirliyi erməni xalqının bunu bilməsini istəmir”.
(Zaruhi Postanjyan oğlu Rudolf ilə birgə)
Z.Postanjyan ona əsgərlərin vəziyyəti barədə məlumat almağa icazə verilmədiyi təqdirdə, Ermənistan Müdafiə Nazirliyinin qanuna zidd hərəkətləri barədə xalqa müraciət edəcəyini və əsgər analarını postlarda görüşə çağıracağını bildirib.
 “D.Tonoyan postlarda çəkilişlərdən  narahat olmaqdansa, ölkə mətbuatında xarici xüsusi xidmət orqanlarına agentlik etməsi barədə yayılan fikirlərə aydınlıq gətirməlidir” – deyə Postanjyan tələb edib.
(Zaruhi Postanjyan Lələtəpəni azad etməyə(?) getdiyini söyləyir)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button