ArxivXəbər lentiXəbərlər

Daha 2 nəşr “qara siyahı”ya salındı

Bu gün Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyinə tövsiyə olunan məsələlər barədə məlumat verib.

İclasda ümumilikdə 20 kütləvi informasiya vasitəsi barədə məsələnin müzakirəsi nəzərdə tutulub. Bunlardan 4-ü Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən təqdim olunub.
Komissiya üzvləri araşdırmalardan sonra 2 KİV-in adının MŞ-nın “qara siyahı”sına salınmasına dair rəy çıxarıblar. Bunlar “Kafkaz news” və “Azad Azərbaycan Respublikası” qəzetləridir. “IV hakimiyyətin səsi” qəzetinə isə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının olunması məqsədə müvafiq sayılıb. “Azpolitika” gündəlik ictimai-siyasi online qəzeti (azpolitika.info) barədə çıxarılan rəydə bu xəbər portalından şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələblərinin pozulduğu göstərilib. Bütün bunları sayt rəhbərliyinin nəzərinə çatdıran komissiya ona gələcək fəaliyyətində bu kimi halların təkrarlanmamasını tövsiyə edib.
İclasda digər məsələlər ətrafında da müzakirələr aparılıb, görüləcək tədbirlər müəyyənləşdirilib./gundemshok/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button