Xəbərlər

Seçki gününə çağırış

dünən Azərbaycan İslam Partiyasının ofisində İmam Rzanın (ə) mövluduna həsr olunmuş tədbir keçirilib. Tədbir AİP Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İctimai Birliyi gənclər təşkilatının rəhbərliyi ilə həyata keçirilib.

Toplantıda AİP Qadınlar şurasının sədri, “Əsgər Analarına Dəstək” ictimai birliyin rəhbəri Növrəstə İbrahimova və müavini Fatimə Səlimova çıxış ediblər.

Növrəstə xanım öz çıxışında müsəlmanlığın namaz qılmaqla yekunlaşmadığını bildirib. « Namaz qılıram deyə, mən haqlıyam iddiasında olmaq yanlışdır. Əgər namaz qılırıqsa, bütün əməllərimizə diqqət etməyimiz vacibdir»,- deyə o, vurğulayıb.

Birliyin təşkilat işləri üzrə nümayəndəsi Xəyalə xanım prezident seçkiləriylə bağlı bütün möminlərə müraciət edərək AİP-in xəttini qorumağı, zindanda olan möminləri unutmamağı və bu iqtidarın hakimiyyətinə son verilməsində hər kəsin öz vəzifəsini layiqincə yerinə yetirməyi tövsiyə edib.

Daha sonra “Əsgər Analarına Dəstək” ictimai birliyin gənclər təşkilatının sədri Rəşad Dadaşov öz çıxışında gəncləri daha da fəal olmağa, zindanda olan qardaşlarımıza dəstək verməyə çağırıb.

Tədbirdə Kəklik Heydərli, Əsli Hacıyeva, Ülkər Səlimova və birliyin digər üzvləri də çıxış edib.

islaminsesi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button