ArxivXəbər lentiXəbərlər

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1,3 milyona çatıb

Gürcüstana səfər edən əcnəbilərin sayına görə Azərbaycan vətəndaşları birinci yeri qorumaqdadır.
faktxeber-dan aldiyi malumata gore .2017-ci ilin yanvar-sentyabr ayları ərzində qonşu ölkəyə Azərbaycandan səfər edənlərin sayı 1 mln. 299,789 min nəfər təşkil edib. Bu isə ötən ilin analoji göstəricisindən 11% çoxdur.
Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bugünkü mətbuat konfransında bildirib ki, cari ilin ilk 9 ayı ərzində Gürcüstana səfər edən əcnəbilərin ümumi sayı 5 mln. 822,835 min nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 19,2% çoxdur.
Qonşu ölkəyə ən çox səfər edən xarici ziyarətçilər arasında ilk üçlükdə Azərbaycanla yanaşı Ermənistan (1 mln. 247,708 min nəfər) və Rusiya vətəndaşları (1 mln. 112,793 min nəfər) yer alıb.
2017-ci ilin yanvar-avqust aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 29,1% artaraq 1 mlrd. 859,6 mln. dollar təşkil edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button