AktualAktualArxivIslammədəniyyatQarabağŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbil imam cüməsi: Laçın şəhərinin qayıtması münasibətilə Azərbaycan xalqını təbrik edirəm

 

Ayətullah Seyyid Həsən Amili: “Bizim Böyük Rəhbərimiz bütün Qarabağın Azərbaycana məxsus olmasını açıq şəkildə müdafiə etdi və İran Qarabağın işğalda olduğu vaxtlarda bütün beynəlxalq təşkilatlarda bu ərazinin Azərbaycana aid olmasına səs verib.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbilin hörmətli imam cüməsi Ayətullah Seyyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində Laçın şəhəri və onun ətraf kəndlərinin Azərbaycan Respublikasına qayıtmasını təbrik etməklə yanaşı deyib: “Allahdan istəyirik ki, Azərbaycanın işğal altında olan bütün torpaqları tezliklə Azərbaycana qayıtsın. Bizim Böyük Rəhbərimiz bütün Qarabağın Azərbaycana məxsus olmasını açıq şəkildə müdafiə etdi və İran Qarabağın işğalda olduğu vaxtlarda bütün beynəlxalq təşkilatlarda bu ərazinin Azərbaycana aid olmasına səs verib. Birinci müharibədə də İran lazım olan hər bir köməyi etdi və heç nəyi əsirgəmədi, ən ağır təhlükələri Azərbaycandan uzaqlaşdırdı.

Uzun illərdir ki, torpaqlarımız Biləsuvardan Naxçıvana getmək üçün Azərbaycanın ixtiyarındadır və İran tam səxavətlə öz torpaqlarını Azərbaycanın ixtiyarında qoyub. İran ərazisində yenə də böyük yol inşa edilir ki, Azərbaycanı ən yaxın yol vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirsin. İşğal dövründə İranın Azərbaycana yardımlarını yazsam, Allah bilir necə qalın bir kitab olar.”

Xətib Azərbaycan xalqına müraciətlə bir neçə sual ünvanlayaraq deyib: “Burada Azərbaycanın böyük xalqına bir neçə sualım var:

Heç düşünmüsünüz ki, Azərbaycanda anti-İran təbliğatı kimlər tərəfindən aparılır?

Heç düşünmüsünüz ki, bu kampaniyaları aparmaqda onların məqsədi nədir?

Heç düşünmüsünüz ki, Azərbaycandan başqa dünyanın heç bir yerində “yaxşlığın cavabı yalnız yaxşlıqdır” prinsipi tapdalanmır?

Heç düşünmüsünüz ki, son vaxtlar millətçilər cərəyanı niyə bizim Rəhbərimiz əleyhinə mövqe tutublar və Böyük Rəhbərimizə qarşı təhqirlərə yol verirlər?

Rəhbərimiz Qarabağı müdafiə etməkdə nəyisə əsirgəyibmi? Halbuki, müharibə getdiyi bir günlərdə Ali Məqamlı Rəhbərin məşhur çıxışı Azərbaycana ən müstəsna dəstək idi. İnqilabın Böyük Rəhbərinin mükafatı son vaxtlarda yol verilən bu təhqirlər idimi? Xüsusilə də, Azərbaycan hökumətinin rəsmi mövqeyini ifadə edən mətbuatda yer aldı.

Mən Azərbaycan xalqından çox xahiş edirəm ki, bu suallar üzərində diqqətlə düşünsünlər. İranı hər gün söyən və ya onun əleyhinə yazan siyasətçilərin mahiyyətini, bioqrafiyasını siz bizdən daha yaxşı bilirsiniz.

İmam Şafeinin çox gözəl bir sözü var. Ondan soruşdular: Fitnə və qarışıqlıq dövründə haqq əhlini batil əhlindən necə ayırd edə bilərik? O böyük şəxsiyyət dedi: Düşmənin oxunun dalınca get, o, kimin dost və kimin düşmən olduğunu bilmək üçün sənə yaxşı yol göstərəcək.”

Ayətullah Amili xütbəsinin davamında bu fitnələri törədən sionistlərə səslənərək deyib: “Bu fitnələri törədən sionistlərə deyirik: Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma əmin olun ki, Əmirəlmöminin şiələri Azərbaycanda sizin üçün əlçatan olmayacaq.”

Cümə namazı xətibi ABŞ dövlət katibinin açıqlamasına diqqət çəkərək deyib: “ABŞ dövlət katibi Blinken bu yaxınlarda bəyan etdi ki, dünya düzəninin iki problemi var: Rusiya və Çin. Sonra əlavə etdi ki, əgər Rusiyaya istədiyini etməyə icazə verilərsə, bu o deməkdir ki, biz böyük dövlətlərin kiçik dövlətləri qorxuda biləcəyi yerə qayıtmışıq. Bu isə müntəzəm mühasibatlığı olan dünya nizamının əksinədir.”

İmam cümə deyib: “Onun sözləri çox yaxşıdır və bütün insanlar bu sözü qəbul edir. Amma problem ondadır ki, Amerikanın özü bu yaxşı sözün mükəmməl nümunəsidir. Amerikanın işi təkcə qorxutmaq deyil, həm də ordu yeritmək və dəhşətli qanlar tökməkdir.

Ali Məqamlı Rəhbər 2010-cu ildə buyurdu: Mənə verilən statistikaya görə, ABŞ hökuməti 1945-ci ildən bəri ABŞ-a tabe olmayan 40 müstəqil hökumətin devrilməsində rol oynayıb və onun iyirmidən çoxunda hərbi iştirakı olub. İstisnasız olaraq bu müdaxilələr kütləvi qətllər və böyük fəlakətlərlə müşayiət olunub. Təbii ki, bəzi hallarda uğur qazanıb, bəzi hallarda isə uğursuzluğa düçar olub. Bu iş çox ağırdır və çox utancverici bir keçmişdir.”

O daha sonra deyib: “Amerikanın keçmiş keçmişdir, deməsi mümkündür, lakin keçmiş heç vaxt keçmir. Qərb mütəfəkkirlərindən olan Vilyam Folkner deyir: Keçmiş heç vaxt ölmür, keçmişin keçmiş olduğunu belə deyə bilməzsən.

Ondan əvvəl də həzrət Əmirəlmöminin (ə) keçmiş keçib gedib deyənlərə belə cavab verir: “Keçmişin haqqını heç bir şey aradan apara bilməz”. Allaha sonsuz şükür etməliyik ki, İslam İnqilabının qüdrəti nəhayət bu cilovsuz güc olan Amerikanı İranla razılaşma masasına gətirdi. Bu, Ali Məqamlı Rəhbərin tam müdrikliyinin və böyük xalqımızın müqavimətinin nişanəsidir. Amerikanın böyük cinayətlərindən biri budur ki, dünyaya,  insanların şüuruna və ictimai rəyə hökmranlıq etmək üçün aldadıcı məlumatlardan istifadə edir.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi deyib: “Global Times maraqlı araşdırma aparıb. Araşdırmanın adı belədir: “Amerika dünyada aldadıcı məlumatların əsas yayıcısı və lideridir”. Qəzet yazır ki, Amerika dünyaya hakim olmaq üçün azadlıq və insan haqlarını müdafiə adı altında azdırıcı məlumatlardan istifadə edir.

Əgər Blinken həqiqətən üçüncü dünya ölkələrini qorxutmaq lazım olmadığına inanırsa, bəs onda İsrail niyə hər gün İrana qarşı rəcəz oxuyur və onu hücumla hədələyir, nüvə sazişi ilə bağlı heç bir öhdəliyinin olmadığını, onu tanımadığını deyir? Üstəlik, İrana qarşı təxribat xarakterli hərəkətlər edir. Bu yaxınlarda sionist rejimin  hava qüvvələri İranın nüvə obyektlərinə mümkün hücumu simulyasiya etmək üçün 100-dən çox təyyarədən istifadə edərək geniş döyüş təlimi keçirdi, yəni sizə belə hücum edəcəyik.”

Xətib xütbəsinin sonunda deyib: “Xütbəmizi İmam Əlidən (ə) Blinkenə təqdim edəcəyimiz bir kəlamla bitiririk: “Üç günah var ki, onun nəticəsi günahkarın özünə qayıdır: birincisi hiylə, ikincisi əhdi pozmaq, üçüncüsü zülm.

Sonra həzrət hər üç mövzunu Quran ayələri ilə əsaslandıraraq buyurdu:

Mütəal Allah hiylə və məkr barədə buyurub:

“Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar.” Yəni özgəyə quyu qazan, özü düşər.

Mütəal Allah əhdi pozmaq barədə buyurub:

“Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar.”

Mütəal Allah zülm barədə buyurub:

“Etdiyiniz zülm öz əleyhinizədir.””

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button