ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ruhani Seyid Fəramiz Abbasov Haqq dərgahına qovuşdu

2010-cu ildə o, məktəblərdə hicab qadağasına etiraz etdiyinə görə hökumət tərəfindən 11 il həbs cəzasına məhkum edilib və ömrünün bir hissəsini həbsdə keçirmişdi.

2002-ci ilin May ayında Azərbaycan təhsilində ilk dəfə baş örtüyünə qoyulan qadağaya etiraza qalxan Seyid Fəramiz bunun yolverilməz olduğunu söyləyir və bu səbəbə görə də ilk dəfə o, həbs olunur. Qısa müddətli olan həbs ölkədə baş qaldıran etirazlar səbəbi ilə hicab mövzusu dayandırılsa da problem qapanılmadan açıq olaraq qalır. Lakin qadağalar təkcə bununla məhdudlaşmır. Bakıda ara sıra baş tutan İslamafob layihələr səbəbindən keçirilən konfranslara qatılan ilahiyyatçı bu hallara kəskin etirazı ilə diqqət çəkir. Eyni halda az qala Masallının hər bir kəndi, digər ətraf kəndlərdə etdiyi xütbələrdə sərt ifadələri ilə məntiqli çıxışları onun İslamın əleyhinə istənilən addıma qarşı mübarzədə öncül olacağını göstərirdi. Elə buna görə də xüsusi olaraq cənub bölgəsi ona özəl sevgi və ehtiram göstərir. Məscid söküntüsü ilə başlayan qadağa və təzyiqlər 2010-cu ildə növbəti dəfə orta məktəblərdə baş örtüyü mövzusunu hakimiyyət tərəfindən aktual edir. Qoyulan qadağa heç şübhəsiz ki, inanclıların etirazını özündə ehtiva edir. Bakıda baş tutan etiraz aksiyaları və bölgələrdə edilən kəskin xütbələr, mətbuat konfransları çox keçmir ki, gözlənilən həbs dalğasını reallaşdırır. Bir çox ruhani və inanclılar şərlənərək həbs olunur. Bunların içində Seyid Fəramiz də olur.

24 yanvar 2011-ci il tarixində qonşu kənddən evinə geri dönərkən polislər tərəfindən həyətyanı sahəsindən qumbara və kalaşnikov avtomatı tapılması ittihamı ilə həbs edilir. Bir çoxlarının şərlənərək həbs olunması bu haqızlığa onun da məruz qalacağını ehtimal etmək çətin deyildi. Saxlanlan ilahiyyatçı bir neçə saat sonra heç bir məntiqə sıqmayan bir neçə ağır maddələrlə ittiham olunaraq barəsində cinayət işi açılır. Bir il sürən məhkəmə nəhayət 2012-ci ildə ruhani Fəramiz Abbasova 11-il azadlıqdan məhrumetmə cəzası verir.

2020 ci il noyabr ayında dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar həbsdən azad edilir.

Allah rəhmət eləsin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button