ArxivXəbər lentiXəbərlər

Avrasiya İnkişaf Bankı Azərbaycana 500 milyon dollar kredit verib

Avrasiya İnkişaf Bankı Azərbaycanda iş yerlərinin yaradılması üçün bu ölkəyə 500 milyon dollar kredit ayırıb.

Virtual saytı məlumatlı bir rəsmiyə istinadla bildirib: Bu vəsait Azərbaycanda iş yerlərinin yaradılmasına diqqəti cəlb edəcək dərəcədə kömək edəcək.

Qeyd edək ki, Avrasiya İnkişaf Bankı son vaxtlar enerji sektorunda, xüsusilə də su elektrik stansiyalarının inşası, kənd təsərrüfatı sektorunda islahatlar üzrə icraiyyə layihələrinin maliyyə təminatında iştirak edir və bu sektorlar, həmçinin sənaye, tikinti, nəqliyyat və turizm sektorları layihələrində Azərbaycana kreditlər ayırmışdır.

Avrasiya İnkişaf Bankı regional maliyyə qurumudur. Bu bank 2006-cı ildə Rusiya və Qazaxıstan tərəfindən regional proqramların icrasına kömək məqsədilə yaradılıb.

Ermənistan, Tacikistan, Belarus və Qırğızıstan bu bankın digər üvləridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button