ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Sosial Tərəqqi İndeksində qonşu ölkələrdən geridə qalıb

Gürcüstan 52, Ermənistan 50-ci, Azərbaycan isə 99-cu yerdə qərarlaşıb

Sosial Tərəqqi İndeksi ilə bağlı illik hesabat açıqlanıb. 170 ölkə arasında aparılmış araşdırma nəticələrinə görə, Azərbaycan 62.67 balla 99-cu yerdə qərarlaşıb.
İndeks qlobal sosial performansın qeyri-iqtisadi aspektlərinə diqqət yetirir, şəffaf və icra edilə bilən məlumatlar və cəmiyyətlərin real durumu ilə bağlı hərtərəfli məlumatlara əsaslanır.
2024-cü il açıqlanan Sosial Tərəqqi İndeksi 170 ölkədəki son 13 illik (2011-2023) vəziyyəti, sosial tərəqqi məlumatlarını əhatə edir.
İqtisadçı Rövşən Ağayev deyir ki, qiymətləndirmə 12 indikator əsasında 100 ballıq şkala üzrə aparılır. Onun deməsinə görə ötən il Azərbaycan 63.26 bal almışdı, indiki vəziyyət sosial tərəqqidə geriləmə olduğunu göstərir. Hesabatda ölkələr 6 qrupda təsnifləşdirilib. Azərbaycan 4-cü səviyyədə yer alıb. 4-6-cı qrupla əsasən, 3-cü dünya ölkələridir. Keçmiş SSRİ ölkələrindən Baltik ölkələri 1-ci qrupda, Gürcüstan, Moldova və Ermənistan 2-ci səviyyədə, Ukryana, Rusiya, Özbəkistan Belorus, Qazaxıstan və Qırğızıstan 3-cü səviyyədə, Azərbaycan, Türkmənstan və Tacikstan 4-cü qrupda yer alıb. 1-ci yerdə 90.38 balla Danimarka, sonuncu yerdə 25.93 balla Cənubi Sudan dayanır.
Rövşən Ağayev
Mənbə: Meydan TV
“Qiymətləndirmə indikatorları çox müxtəlifdir. Bura təməl insani ehtiyaclar, mənzil şəraiti, təhlükəsizlik, su və kanalizasiya təchizatı, səhiyyə, informasiya-kommunikasiya texnologoyaları, baza təhsili, yüksək təhsil, ətraf mühitin keyfiyyəti, inklüziv inkişaf, hüquqlar və özünüfadə, azadlıqlar və seçim hüququ daxildir”, – iqtisadçı bildirir.
Hesabatın ilk üçlüyündə Skandinaviya ölkələri yer alır – Danimarka, Norveç, Finlandiya. Azərbaycanın qonşularına gəlincə, Gürcüstan 52, Ermənistan isə 50-ci yerdə qərarlaşıb. Türkiyə 66.23 balla 85-ci, Rusiya isə 67.68 balla 76-cı, İran 60.30 balla 105-ci, Türkmənistan 60. 47 balla 104-cü yerdədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button