ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əmir Abdullahiyan: “Vyanadakı danışıqlar İranın maraqlarını təmin etməlidir”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan cümə axşamı Almaniya, Fransa və Avstriya xarici işlər nazirləri ilə telefon əlaqələri saxlayıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, telefon danışıqları zaman o, Avstriyanın paytaxtı Vyanadakı danışıqlarının İranın maraqlarını və hüquqlarını təmin etməsinin zəruri olduğunu vurğulayıb.
Həmçinin Abdullahiyan qeyd edib ki, Avropa İttifaqının məsuliyyətsiz hərəkəti sona çatmalı və danışıqlar balanslaşdırılmış xarici siyasət və Avropa ilə münasibətlərin tənzimlənməsi, vaksin tədarükü, Əfqanıstan problemləri, regional hadisələr və “JCPOA” üzərində qurulmalıdır.
Qeyd edək ki, bundan öncə İranın XİN rəhbəri Livana nefti satmağa və göndərməyə hazır olduğunu qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button