ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İntihar edən qazilərin sayı durmadan artır

Azərbaycan Respublikasında Qarabağ müharibəsinin ağır sınağından çıxan bəzi əsgərlər döyüşlər zamanı aldığı psixoloji travmalardan həyatlarına qəsd edirlər.

Qafqazz.ir -nin məlumatına əsasən, qazilərin intiharı cəmiyyətdə müəyyən narahatlıq və narazılıqlara səbəb olur.

Ədalt portalı xəbər verir ki, müharibədən sonra həyatına qəsd etmiş qazilərin sayı getdikcə artır.

Mənbə inlardan 9-nun adlarını açıqlayıb.

6 yanvar- Kəlbəcərin Zəylik kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar etdi.

7 yanvar- Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayan, hərbi xidmətdən yenicə qayıtmış 24 yaşlı Yunis Mənsurov intihar edib.

30 yanvar- Sumqayıtdan olan, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu Quba rayonunda ürəyinə tapança ilə atəş açaraq özünü öldürüb.

23 fevral – Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib. Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

24 fevral – Yardımlı ayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev evinin bir neçə metr yaxınlığındakı meşədə özünü asaraq canına qəsd edib.

10 aprel- İmişli rayonun Ağcüyür kəndində 1995-ci il təvəllüdlü Qəhrəmanov İmdad Niyazi oğlu gecə saatlarında yaşayış məntəqəsinin yaxınlığındakı çöl sahəsində özünü asıb. hərbi sanitar olub,

6 may- 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu ,Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Bölməsində xidmət keçən leytenant Nəbizadə Rüfət Ağayar oğlu Bakının Novxanı kəndi ərazisində intihar edib.

28 iyun- Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. , E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

4 iyul- Cəlilabadda Vətən müharibəsi iştirakçısı Bəhman Abbaslı intihar edib. Füzuli Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Qubadlı və Füzulinin azad olunması medalları ilə təltif olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button