ArxivXəbər lentiXəbərlər

Qarabağ münaqişəsinin həllində irəliləyiş

Rusiya xarici işlər naziri Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişdən xəbər verib.

APA-nın verdiyi məlumata görə, Sergey Lavrov bazar ertəsi günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə deyib: Rusiyanın səyləri ilə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin həlli üzrə ciddi irəliləyiş müşahidə olunur. Və bu proses bütün problemlərin həllinə qədər davam edəcək.

Lavrov həmçinin, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburq görüşünə müsbət yanaşdığını bildirib və deyib: Mənim Ermənistan və Azərbaycana səfərim iki ölkənin istəyi əsasında baş tutur və ümidvaram bu görüşlər münasib nəticələrlə yanaşı olsun.

Rusiya xarici işlər naziri bu gün çərşənbə axşamı azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşüb, danışıqlar aparmalıdır.

Rusiya xarici işlər naziri bazar ertəsi günü 2 günlük rəsmi səfər məqsədi ilə Bakıya daxil olub.

Sergey Lavorv ötən həftə Ermənistana səfər etmiş və İrəvan rəsmiləri ilə görüşüb, Dağlıq Qarabağ münaqişəsinin həll yolları barədə danışıqlar aparmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button