ArxivXəbər lentiXəbərlər

Gürcüstanda hərbçi özünü güllələyib

Gürcüstanda hərbçi özünü güllələyib. hadisə Qori rayonundakı Uplistsixe kəndindəki hərbi bazada baş verib. Hadisə dünən günorta saatlarında qeydə alınıb. “Özünü güllələyən əsgər bir neçə dəqiqədən sonra xəstəxanaya çatdırıb və təcili əməliyyat olunub. Həkimlərin dediyinə görə, yaralanan əsgərin vəziyyəti orta ağırdır”, – deyə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə nazirinin birinci müavini Zaal Kapanadze və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah Tibb İdarəsinin nümayəndələri hadisə ilə bağlı xəstəxanaya baş çəkiblər.
Faktla bağlı Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polisi cinayət işi qaldırılıb. Araşdırma aparılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button