AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Azərbaycan dövləti İmam Hüseyn (ə) hərəkatından yaxşı istifadə etmək əvəzinə onunla mübarizə aparır

Vəliyyi-Fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində Böyük Ərbəin Yürüşünü İslamın gücünün təcəllası və Hüseynə (ə) sevgi və eşqin gücü adlandıraraq deyib: “Bu böyük toplantı Kərbəla şüarlarına bağlılığın zühurudur və Kərbəla şüarları, bir tayfa, yaxud qrupa məxsus deyil, ümumibəşər şüarlardır”.

Qafqaz Mədəniyyət Mərkəzi – Həzrət Ayətullah Amili cümə namazının xütbələrində Ərbəin toplantısını şiə və sünnülərin ortaq düşmən qarşısında toplantısı adlandırıb, əhli-sünnə camaatının bu ilki Ərbəin yürüşündə əsas yollarda heyətlər yaradaraq, yürüşdə iştirak edən insanlara xidmət etməsini təqdirəlayiq olduğunu bildirib və onlara minnətdarlıq edib.

Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisinində nümayəndəsixütbəsinin digər hissəsində Azərbaycanda beş nəfərin şəhid olmasına və yüzlərlə elita insanın həbsinə səbəb olmuş hadisəyə görə öz narahatlığını bildirib.

O, sərhəd tanımayan yaxşılığa dəvət və pislikdən çəkindirmək, xeyirxahlıq yönümündən Azərbaycanın dövlət başçılarına xitab edib.

İmam cümə həbs edilmiş alimlərə və gənclərə qarşı irəli sürülən ittihamların hamısını əsassız adlandırıb və bu mövzuda ətraflı danışıb.

İranın bu məsələyə müdaxiləsini inkar edən Ayətullah deyib: “Azərbaycan xalqı bilsin ki, İran qədər Azərbaycanın izzətini, istiqlalını, inkişafını, yüksəlişini istəyən bir ölkə yoxdur.Əgər bir zaman -Allah eləməsin – Azərbaycan hücuma məruz qalarsa, İranın bəsiciləri onu qoruyacaq. Necə ki, ermənilərin hücumu zamanı Muğanın bəsiciləri ermənilərin qarşısını aldı və onları hazırkı nöqtədə saxlayaraq irəliləməyə qoymadı. Əgər o vaxt bəsicilər ermənilərin qarşısını almasaydı, Azərbaycanın 20% yox, daha geniş əraziləri asanlıqla erməni işğalı altına düşəcəkdi”.

İmam cümə deyib: “Hadisədən sonra geniş şəkildə həbslər göstərir ki, iki polis əməkdaşı dövlətin öz qüvvələri tərəfindən öldürülüb ki, həbs və təzyiqlər üçün yaxşı bəhanə olsun, ümumi fikri geniş həbslər üçün hazırlasın. Hadisə zamanı yerdə qalan atılmış güllələrin boş patronları güllələrinAzərbaycanın polis idarəsinin silahlarından atıldığını göstərir və orada fərqli bir patron da tapılmayıb”.

Həzrət Ayətullah Amili çıxışının davamında bildirib: “Həbs edilənlərin və ittiham olunanların hamısı dinc siyasi fəaliyyət və sağlam dini təbliğlə məşğul idilər. Müxaliflərlə tolerantlıq və müdara etməkdə birinci yerdə dayanmasını iddia edən hökumət bütün fikirlərə fəaliyyət üçün imkan verməlidir”.

Hakimiyyətin bu zorakı rəftarının bu ilki məhərrəm ayında böyük toplantıya görə olduğunu bildirən imam cümə deyib: “Azərbaycan dövləti İmam Hüseyn (ə) hərəkatından yaxşı istifadə etmək əvəzinə onunla mübarizə aparır”.

Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi xütbəsinin sonunda bildirib ki, biz Azərbaycanı sevirik, onun izzət və zillətini, öz izzət və zillətimiz bilirik. Bütün dediklərim, xeyirxahlıq üzündən idi.

Həmçinin, imam cümə Ərbəin yürüşünə toxunaraq deyib: “İŞİD-in təhdidlərinə və vəhabi şəbəkələrinin çox mənfi təbliğatına baxmayaraq, bu məsələni xatrlatmaq yerinə düşər ki, Hüseynin (ə) şüarları cavidan və əbədidir, heç bir zaman köhnəlməyəcək”.

Ayətullah Amili, ən yüksək çeviklik və qıvraqlığın mənəvi, ələvi, qəhrəmanlıq və sevgi ilə olmasına işarə edərək, Böyük Ərbəin Yürüşündə geniş iştirak edən İran xalqını ən çevik və canlı xalq adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button