Islam

MƏSCİDƏ HÜCUM ETDİLƏR

Strasburqda müsəlman məscidi terrora məruz qalıb

Alzas bölgəsi

nin paytaxtı Strasburq şəhərindəki müsəlman məscidi terrora məruz qalıb.

Noyabrın 10-da gecə, naməlum şəxs məscidi yandırıb. Alov qısa vaxtda məscidin giriş qapısını, binanın fasadını və əlavə iki qapısını bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasına imkan verməyiblər.

Məscidin imamı terror aktının son vaxtlar ölkədə etnik qruplara qarşı yayılmaqda olan antisemitizm və rasizm meylləri ilə əlaqələndirib.

Polis rəsmisi xalqlar arasında nifaq salmağa yönəldilən bu hadisəni pisləyib və video görüntüsü alınan cinayətkarın tezliklə tapılaraq məhkəmə qarşısında dayanacağını vəd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button