ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycanın iqtisadi əməkdaşlıqları genişlənir

İran İslam Respublikasının Bakıdakı səfiri və Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri iki ölkənin iqtisadi əməkdaşlıqlarının genişlənməsi yollarını araşdırıblar.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin keçirilən iclasda 2015-ci ilin sonlarında Tehranda keçirilməsi qərara alınan iki ölkənin müştərək iqtisadi, ticarət və humanitar əməkdaşlıqlar komissiyasının 10-cu iclası barəsində fikir mübadiləsi aparıblar.

Bu görüşdə İran və Azərbaycan Respublikasının investisiya, neft və qaz sənayesi, tranzit, ticarət, bank məsələləri üzrə əməkdaşlıq sahəsindəki həll yollarının Tehran iclasında araşdırılaraq 9 iclasda araşdırılmış anlaşmaların ilkin mətninin tənzimlənməsi və imzalanması qərara alınıb.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev da ötən avqust ayının əvvəllərində Tehrana səfəri və İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə görüşərək danışıqlar aparmasını iki ölkə əlaqələrinin gələcəyi üçün müsbət qiymətləndirib.

Mustafayevlə Pakayinin görüşündə İran heyətinin oktyabr ayında Azərbaycan Respublikasına səfəri və bu ölkənin heyətinin ilin sonlarında Tehrana səfəri barədə danışıqlar aparılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button