ArxivXəbər lentiXəbərlər

Bir Azərbaycan rəsmisi: İran-5+1 nüvə razılaşması regiona müsbət təsir göstərəcək

Azərbaycan prezidentinin ictimai və siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, İran ilə altılıq ölkələri arasındakı nüvə razılaşması regiona müsbət təsir göstərəcək. İstanbulda 18-ci Avrasiya İqtisadi Forumunda çıxış edən Əli Həsənov İranı Qara dəniz hövzəsinin geostrateji, geopolitik və geoiqtisadi siyasətini təyin edən üç ölkədən biri adlandıraraq, qeyd edib ki, İran, Azərbaycan və Rusiyanın təbii qaz və sair enerji mənbələri baxımından Qərblə münasibətlərinin yaxşılaşması qarşılıqlı əlaqələrə müsbət təsir göstərəcək.
Əli Həsənov həmçinin Avropa ölkələri və Amerikanın İran əleyhinə sanksiyalarının ləğvi ilə bağlı ümidvarlıq edib və bildirib ki, İran da gələcəkdə öz zəngin təbii qaz ehtiyatlarını Qərb ölkələrinə köçürə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button