ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

American Conservative: NATO və Aİ Putin üçün hazırlanan tələyə düşüb

 “American Conservative”-in köşə yazarı Rod Dreyer hesab edir ki, Rusiya prezidenti Vladimir Putin üçün hazırlanmış iqtisadi tələyə Avropa İttifaqı və NATO özləri düşüblər.

“İndi Rusiyanın qisası Avropanı iflic vəziyyətinə salmaq təhlükəsi yaradır və buna yalnız axmaqlar təəccüblənə bilər”, deyə müəllif bildirib.

AC-nin köşə yazarı jurnalist Qevin Eşendenin sözlərini misal çəkib: “Bu Putin üçün tələ deyil, qlobalist genişlənmənin öz tələsinə düşən NATO və Aİ-dir”.

Dreyerin sözlərinə görə, Böyük Britaniyada və Avropada insanlar Ukrayna naminə niyə donduqlarının və öz iqtisadiyyatlarının niyə məhv edilməsinə dözməli olduqlarını başa düşmürlər.

SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, bir müddət əvvəl “The TelegraphÜın köşə yazarı Riçard Kemp bildirmişdi ki, Qərbin iqtisadi çətinliklər şəraitində Rusiya ilə qarşı-qarşıya qalması getdikcə çətinləşir və bu, son nəticədə Avropanın məğlubiyyətinə gətirib çıxaracaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button