ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qaniçən rejimə neft tədarükü Azərbaycan ictimaiyyətində narahatlıqla qarşılanır – TƏHLİL

Hakimiyyət xalqın anti-İsrail qəzəbini söndürməyə çalışır

Xunta rejiminin hərb maşınını Bakı nefti ilə qidalandırdığına xatir müsəlman xalqın psixoloji təzyiqi ilə üzləşən Azərbaycan hakimiyyəti yenidən İsraili tərifləməyə başlayıb.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərarında deyilir ki, İsrail Azərbaycanın müharibə şəraitində diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi ölkələr siyahısına daxil edilib.
Bundan əvvəl bu siyahıda Əfqanıstan İslam Respublikası, İraq Respublikası, Liviya Dövləti, Suriya Ərəb Respublikası, Ukrayna və Fələstin Dövləti olub.
Maraqlıdır ki, sözü gedən siyahıda İran İslam Respublikasının adı çəkilmir.
Nazirlər Kabinetinin bu qərarı daha çox ondan xəbər verir ki, Qəzzədə müsəlmanların soyqırımı ilə məşğul olduğuna görə İsrail rejiminin boykot edilməsi və onunla istər enerji sahəsi olsun, istərsə də silah ticarətinə son qoyulması, hətta üstəlik diplomatik əlaqələrin kəsilməsi ictimai tələbə çevrilib. Belə bir halda Azərbaycan hakimiyyəti İkinci Qarabağ Müharibəsində guya İsrail istehsalı olan texnikanın həlledici rol oynadığını iddia etsə də, görünür bu kimi təbliğatlar alınmır və xalqın böyük əksəriyyəti bu qənaətdədir ki, torpaqlar şəhidlərin qanı hesabına erməni işğalçılarından geri alınıb və bunu kölgə altında qoymaq olmaz.
Məhz bu səbəbdən hökumət ictimai rəyin nədən ibarət olduğunu bildikdə, qondarma İsrail rejiminin Azərbaycanda mövcudluğunu əsaslandırmaq üçün hər bir vasitəyə əl atır. Lakin Nazirlər Kabinetinin də qərarı Qəzzədə müsəlman qırğınından hiddətlənən azərbaycanlıları sakitləşdirə bilməz. Tələb yerindədir: faşist rejimlə bazarlığa son qoyulsun, onunla diplomatik əlaqə kəsilsin və xunta rejiminə münasibətdə İran İslam Respublikasının və həmçinin Türkiyənin mövqeyi nəzərə alınsın!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button