ArxivQadin və hicab

Ev xanımı şad olarsa, ev əhli də şad olar

Tebyan saytına istinadən)

Əgər evin əri xanımını sevindirərsə, özünü də sevindirmiş olar. O zaman ki, qadın tərifləndiyini və əri tərəfindən diqqət edildiyini hiss edər, hər ikisinin stressi aradan gedər.

Bu, bir həqiqətdir. Ev xanımının şadlığı bütün ev əhlinin şad olmasına səbəb olar. O gün ki, xanım şad və gümrah olar, sanki evin bütün kərpicləri də sevinər və şad olar. Vay o gündən ki, xanımınız narahat və qəmgin olsun. Sanki evin divarlarına qəmginlik yağır.

Əgər ev əhlinin həmişə şad olmasını istəyirsinizsə, o zaman gərək xanımınızı həmişə şad saxlayasınız. Bu yollardan biri də onun stressini azaltmaqdır. Bu günün xanımları başqa zamanlardan fərqli olaraq daha çox stress yaşayırlar. Əgər xanımızla olan rabitənizi yaxşılaşdırmaq istəyirsinizsə, gərək bu cümləni özünüz üçün şüar qərar verəsiniz: “Xanımım birinci sırada qərar tutmalıdır”.

Əlbəttə, bunu sadəcə cümlədə deməklə kifayətlənməyin, onu həyata keçirin. O qadınlar adətən stress keçirir ki, özündən çox başqalarına diqqət etməli olur. Bu, o qadınlardır ki, öz ehtiyaclarını, görəcəyi işlərlə uyğunlaşdıra bilmirlər. Onlar gərək öz ehtiyaclarını düzgün ödəməyi öyrənsinlər. Bu işi hər kəs edə bilər. Lakin ideal kişi odur ki, bu sahədə həyat yoldaşına yardım edə bilsin. Əgər kömək etsəniz, stressi azalar. Həyatdakı yüklərinin bir hissəsi yüngülləşər.

Qadınların ruhi vəziyyəti o zaman yaxşı olur ki, xoşladığı işlərlə məşğul olarlar: kitab oxuyarlar, uşaqlarını parka apararlar, rəfiqəsi ilə nahar yeyərlər və sair.

Ola bilsin ki, xanımınızın rəfiqəsi ilə nahar etməsi sizin xoşunuza gəlməsin. Lakin bu işə lazımlı bir iş kimi baxın. Çünki belə olan zaman xanımınız yeni həftəyə yeni enerji ilə başlayar ki, bu da ailə həyatınızdakı gərginlikləri azaldar.

Hər bir kişi bilir ki, xanımının ondan nə gözləntiləri vardır. O zaman ki, eşq aradan gedər, ürəyi isitmək və eşqi geri qaytarmaq üçün yeni yollar fikirləşmək lazımdır.

Xülasə, hər bi kişinin vəzifəsi budur ki, xanımını sevindirərək, özünü sevindirsin, ətrafında olanları sevindirsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button