AktualAktualArxivXəbər lentiXəbərlər

Vəhabilərin və millətçilərin Ərbəin ziyarətindən dolayı qəzəbi

Qafqaz Mədəniyyət Mərkəzi xəbər verir ki, Ayətullah Seyid Həsən Amili  ötən cümə namazının ikinci ibadi-siyasi xütbəsinin xülasəsi

* Vəhabi informasiya şəbəkələri böyük Ərbəin izdihamı ilə bağlı səs-küy salır və dünyanı qorxudurlar ki, İran xalqı təsir altına salınıb.

* Vəhabilərin qəzəblənməsi təbiidir. Ərbəin ziyarəti onların ziyarəti haram elan edən fitvasına cavabdır. Bu hadisə vəhabilərin illər uzunu ziyarət və təvəssüllə bağlı yaydıqları şübhələrin cavabıdır. İzdihamlı Ərbəin səfərindən sonra sübuta yetdi ki, vəhabilərin təbliğatları puça çıxıb, onların bu təbliğata böyük pullar xərcləyən ağaları qan ağlamalıdır. İmam Hüseyn (ə) yolunu təhlükəli sayanlar da çox qəzəbləniblər.

* Millətçi şəbəkələrdən biri bu günlərdə İmam Hüseynin (ə) ünvanına bacardığı qədər təhqir yağdırıb. Həzrət Əbülfəzlə yalnız qəzəbləri ucbatından saysız söyüş ünvanlayıblar. Bundan başqa nə edə bilərdilər!

* Qonşu ölkədən istəyimiz budur ki, Losancelesdən yayımlanan şəbəkənin bu qonşu ölkədəki studiyasını qapasınlar. Şəbəkənin verilişləri sizin ölkədə hazırlanır və efirə çıxır. Buna icazə verməyin, icazə verməyin ki, İmam Hüseyn (ə) haqqında sizin ölkədən belə sözlər deyilsin.

* Onlar bundan artıq qəzəblənməlidirlər. Sübuta yetdi ki, Hüseyn (ə) eşqini qəlblərdən çıxara bilməyiblər.

* Ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması İslam mədəniyyətinə xəyanətdir.

* Mən neçə illərdir uca səslə elan edirəm ki, İslam coğrafiyasında böyük xəyanət baş verməkdədir. Neçə ölkədə Quran əlifbasını kiril və latın əlifbası ilə əvəz ediblər.

* Elan etmişəm ki, bu məsələ hazırkı nəsil üçün böyük təxribatdır. Bu işlə hazırkı nəsli öz keçmişindən, kimliyindən, böyüş şəxsiyyətlərindən ayırırlar.

* İki ölkədə əlifba dəyişilib. Biri Türkiyə, o biri Azərbaycandır.

* Həmd olsun Allaha, Ərdoğan ötən həftə yaxşı çıxış etdi. Dedi ki, Atatürk əlifbanı dəyişməklə Türkiyəyə xəyanət edib, Türkiyə xalqının şah damarını kəsib.

* Ərdoğan dedi ki, ərəb xəttini Türkiyə təhsil sisteminə qaytaracaq. Türkiyə milli təhsil şurası ötən həftə bir sıra məktəblərdə ərəb, Quran əlifbasının tədrisi ilə bağlı göstəriş verdi.

* Ərdoğanın dəlili maraqlıdır. Deyir ki, bizi kökümüzdən qırıblar, çox kitabları oxuya bilmirik. Deyir ki, ata-babalarımızın baş daşında yazıları oxuya bilmədiyimiz üçün təəssüf edirəm.

* Biz bu addımları müsbət qarşılayırıq. Xüsusi ilə buna görə ki, Azərbaycan Türkiyə ilə iki cisimdə bir ruh olduğunu iddia edir. Əgər iki bədəndə bir ruh olarsa ruhun hökmü də bir olur. Bir ruh deyir ki, mənim şah damarımı kəsiblər, o biri bunu qəbul edir.

* Dövlətlərin mühüm vəzifəsi budur ki, xalqların şah damarının kəsilməsinə yol verilməsinlər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button