ArxivXəbər lentiXəbərlər

Hacı Abgülün şəhidlərə, şəhadətə və şəhidlik məktəbinə xüsusi həssaslığı var idi…

Söz vaxtına çəkər. Təxminən 4 il öncə hazırda həbs həyatı yaşayan Hacı Abgül Süleymanov bir qrup vətəndaşla birlikdə şəhid Mübarizin ziyarətinə getmişdi…
Bəziləri kimi reklama xatir deyil, özünü vətənpərvər ictimai və ya siyasi fəal kimi göstərmək də istəmirdi. Ölkədə kifayət qədər tanınırdı, İslami cameədə nüfuzu da az deyildi…
…Hacı Abgülün şəhidlərə, şəhadətə və şəhidlik məktəbinə xüsusi həssaslığı var idi…
…Qumda təhsil alan vaxtlar idi. Qardaşlardan biri ilə Məşhəd ziyarətinə yola düşdük. Təbii ki, ziyarətin ədəb-ərkanına əsasən ilk öncə İmam Rzanın (ə) bacısı xanım Fatimeyi Məsuməni (s.ə) ziyarət etməli idik.
Etiraf edim ki, müqəddəs Qum şəhərində Xanım Məsumənin nuru və adı bütün nurların və adların önündə gəlir. Amma əlbəttə ki, burada istər Xanım Məsumənin ziyarətgahının ətrafında, istərsə də yaxınlıqlarında kifayət qədər övliya qəbri də var.
Biz də, bu qəbirləri sünnəti Rəsullaha uyğun olaraq ziyarətini etdik. Bundan sonra Hacı Abgül bizi şəhidlər xiyabanına apardı. Hacının şəhidlərə həssaslığını orada gördüm. Şəhidlərinin qəbri üstündə elə ağlayardıki, sanki ən yaxını həyatını itirib.
Yaxınlarından eşitdik ki, həftə də bir neçə dəfə səhər saatlarında o şəhidlər xiyabanına gedər və orada dualar oxuyardı. Kirayədə qaldığı evidə elə şəhidlər xiyabanına yaxın yerdə idi. Qəlbi sıxılanda ora üz tutardı. Axı şəhid qardaşının da qəbri naməlumdu. Sanki qardaşına da orada ağlayardı.
…Hacı Abgülün şəhidlərə, şəhadətə və şəhidlik məktəbinə xüsusi həssaslığı var idi…
2010-cü il iyun ayları idi. Bacanaqlarımdan biri Bilasuvardandı. O mənə bir video göstərdi. Şəhid Mübariz haqda onda ancaq Biləsuvar və yaxın rayonlarda söhbətlər edərdilər. Bu videonu hələ internetə yüklənməmiş və Azərbaycan ictimaiyyətinin şəhid Mübarizdən xəbəri yox idi. Hacı Abgül bu videonu görər görməz gözü doldu. “Şükrlər olsun Allahım vətənimizdə belə mərd oğlanlar var” dedi Hacı Abgül. Videonu ölkə mediasına çıxardıq.
Hacı Abgülün şəhidlərə, şəhadətə və şəhidlik məktəbinə xüsusi həssaslığı var idi…
…Bibiheybətdən möminlərin cəm olaraq Biləsuvarın Əliabad kəndinə karvanların yola düşməsinin təşkilatçısı da məhz Hacı Abgül Süleymanov idi. İlk dəfə olaraq ictimaiyyətdə səs salacaq ziyarət də məhz bu idi. Ya Hüseyn bayrağının seyid Mübarizin anadan olduğu doğma evin darvazasının üstündən asılmasında da Hacı Abgülün rolu böyük idi. Bundan sonra bölgədəki möminlərin ziyarət axını müşahidə edildi.
…Hacı Abgülün şəhidlərə, şəhadətə və şəhidlik məktəbinə xüsusi həssaslığı var idi…
…Cəsədi hələ verilməmişdi şəhidlərimzin. Odur ki, cəsəd morqa gətiriləndə də möminlər xəstəxanaya axın etdilər. Gecə yolda qarşılamalar və bu kimi tarixə düşən günləri mediadan xatırlamamış olmazsız. Möminlərin ora axın etməsində də Hacı Abgülün moizələrinin, təbliğatının təsiri çox idi.
Bu işdə də önə keçənlərdən idi Hacı Abgül.
…Hacı Abgülün şəhidlərə, şəhadətə və şəhidlik məktəbinə xüsusi həssaslığı var idi…
Nəhayət Mübariz İbrahimova Mili Qəhrəman adı verildi. Xalqımız qəhrəmanını tanıdı. Hacı Abgül Süleymanov milli-mənəvi dəyərlərimizin bir-birindən ayrı olmadığını sübut etmək üçün dəfələrlə seyid Mübarizin pak qəbrinə ziyarətlər təşkil etdi. Aşağıda onun ziyarətlərindən biridir. Yenə şəhid qəbri, yenə Hacı Abgülün göz yaşları.
Axı hacı Abgülün şəhidlərə, şəhadətə və şəhidlik məktəbinə xüsusi həssaslığı var idi…
P.S. Son günlər Hacı Abgül, Hacı Mövsüm və Hacı Taleyə qarşı təzyiqlər artmaqdadır. Odur ki, buradan bütün azadlqsevər məhbuslara qarşı təzyiqləri pisləyir və bu təzyiqlərə son qoyulmasını tələb edirəm.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button